Rəylər

“Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda, onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



"Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır"

Cozef Bayden
Amerika Birləşmiş Ştatlarının Prezidenti



“İqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi aktual ikili çağırışları nəzərə alaraq, Bakı Enerji Həftəsinin dövlət və özəl sektordan beynəlxalq düşüncə liderlərini bir araya gətirmək qabiliyyəti heç vaxt bu qədər vacib olmamışdı." 

Rişi Sunak
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri


“Müstəqil ölkə kimi inkişafımızın və enerji müstəqilliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin neft strategiyası ilə həyata vəsiqə almış bu sərgi və beynəlxalq enerji əməkdaşlıq platforması Azərbaycanın enerji nailiyyətlərinin tarixi salnaməsinə çevrilmişdir." 

Pərviz Şahbazov
Azərbaycan Respublikasının energetika naziri


“Xəzər regionunda mühüm enerji məsələlərinin müzakirəsi üçün geniş imkanlar yaradan sərgi və forumlar ötən illər ərzində yeni enerji strategiyamızın davamlı nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması missiyasını da uğurla icra edib. İnanıram ki, beynəlxalq enerji şirkətlərini, neft-qaz və energetika mütəxəssisələrini bir araya gətirən “Bakı Enerji Həftəsi” qlobal enerji təhlükəsizliyi, yeni əməkdaşlıq imkanları və regionun iqtisadi inkişafı kimi mühüm məsələlərin müzakirəsinə önəmli töhfələr verəcəkdir." 

Rövşən Nəcəf
SOCAR-ın prezidenti


“Özündə üç ayrı tədbiri ehtiva edən Bakı Enerji Həftəsi xarici şirkətlərin nümayəndələri ilə görüşmək, potensial investorlarla birbaşa əlaqə qurmaq üçün əlverişli imkan yaradır." 

Cavid Abdullayev
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN