Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub

4 i̇yun 2022 0000

Hörmətli İştirakçılar,

Hörmətli İctimai Sektor və Biznes Dünyası Nümayəndələri,

Hörmətli qonaqlar,

Sizi ən səmimi hislər və hörmətlə salamlayıram.

Bakı Enerji Həftəsi ilə bağlı təşkil olunan bütün tədbirlərin, o cümlədən bu gün Şuşada keçirilən Xüsusi Sessiyanın faydalı olmasını arzu edirəm

Hər sahədə olduğu kimi, energetika sahəsində də Can Azərbaycan ilə yüksək səviyyədə davam edən əməkdaşlığımız ölkələrimiz və regionumuz üçün strateji əhəmiyyət daşıyır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans Anadolu Qaz Boru Kəməri TANAP kimi meqa infrastruktur investisiyalarını həyata keçirməklə biz yerli və qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik.

İçində olduğumuz gərgin dövrdə TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası mövqeyindədir.

Bu günə qədər Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə 15 milyard kubmetr, digər Avropa ölkələrinə isə 10 milyard kubmetr təbii qaz nəql edilib.

Qardaşım İlhamla birlikdə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz Şuşa Bəyannaməsində də vurğuladığımız kimi biz Cənub Qaz Dəhlizinin həcminin artırılmasına önəm veririk.

Beynəlxalq plandakı mövcud irəliləyişlər atdığımız bu addımların nə qədər düzgün olduğunu göstərir.

Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etməsi indi daha da yaxşı başa düşülür.

Qardaşım İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsindəki mövqeyi regional sabitlik və rifah baxımından rəhbər rolunu oynayır.

Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl enerji zonası” elan edilməsi son dərəcə düzgün bir addımdır.

Energetika və enerji təhlükəsizliyinin əhəmiyyətinin get-gedə artdığı bir dövrdə təşkil olunan Bakı Enerji Həftəsinin uğurlarının davamlı olmasını arzulayır, bütün iştirakçıları ən səmimi hislərlə salamlayıram.

 

 

Rəcəb Tayyib Ərdoğan

                                                                                        Türkiyə prezidenti


Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN