Yanacaq infrastrukturu üçün universal plastik sistemlər
3 i̇yun 2026
0000
Covanni Çipolla, Nupi Industrie Italiane (İtaliya) şirkətinin kommersiya direktoru
Nupi Industrie Italiane şirkətinin İtaliyada beş, ABŞ-da isə iki istehsal müəssisəsi fəaliyyət göstərir. Biz müxtəlif təyinatlı sistemlər üçün plastik materiallardan hazırlanmış borular və fitinqlər istehsal edirik. Məhsullarımız qaz şəbəkələrindən tutmuş yanacağın nəqli üçün nəzərdə tutulmuş boru kəmərlərinə qədər geniş tətbiq sahəsini əhatə edir.
Əsas həllərimizdən biri Smartflex sistemidir. Bu sistem yanacağın daşınması üçün nəzərdə tutulmuş plastik borular və birləşdirici elementlərdən ibarətdir. Smartflex həm avtomobil yanacaqdoldurma məntəqələrində, həm də məlumat mərkəzlərinin (data mərkəzlərinin) generator sistemlərində istifadə olunur və elektrik enerjisinin kəsilməsi hallarında fasiləsiz fəaliyyəti təmin edir.
Məhsullarımız dünyanın bir çox ölkəsində təqdim olunur və biz Shell və Chevron kimi aparıcı şirkətlərlə əməkdaşlıq edirik. Hazırda Azərbaycanda təmsil olunmasaq da, yerli bazara böyük maraq göstəririk. Üstünlüyümüz ondan ibarətdir ki, biz yalnız məhsul istehsal edib satmırıq, eyni zamanda sistemin tətbiqi prosesini tam müşayiət edir və onun etibarlı istismarını təmin edirik.
Məhsullarımızın quraşdırılması ilə məşğul olan qaynaqçılar üçün təlim proqramları təşkil edir, həmçinin montaj işləri üçün zəruri olan qaynaq avadanlıqlarını da özümüz istehsal edirik. Beləliklə, peşəkar kadr hazırlığı və texnoloji dəstək vasitəsilə sistemlərimizin yüksək keyfiyyətini və etibarlılığını təmin etmiş oluruq.
Sərgidə iştirakımızın əsas məqsədi Azərbaycanda məhsullarımızı təmsil edə və onların quraşdırılmasını həyata keçirə biləcək distribyutor tapmaqdır. Bu sərgi sahənin aparıcı mütəxəssislərini bir araya gətirən ixtisaslaşmış platformadır və burada bazarın əsas iştirakçıları təmsil olunur. Ziyarətçilərin yüksək peşəkar marağının şahidi olduq və iştirakımızın konkret nəticələr verəcəyinə ümid edirik.
Bu gün günün ikinci yarısında Azərbaycan şirkətləri ilə iki görüşümüz planlaşdırılıb və danışıqların uğurla nəticələnəcəyinə inanırıq.