Tərəfdaşlarımızın sayı durmadan artır

Tərəfdaşlarımızın sayı durmadan artır

31 may 2017 0000

Adelina Məmmədova, “Socar Kulevi Oil Terminal” şirkətinin İR üzrə məsləhətçisi

– Biz “SOCAR”-ın Gürcüstanda yerləşən neft terminalını təqdim edirik. Bu il Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisindəki ekspozisiyamızda ötən il istismara verilmiş yeni obyektlər barədə məlumat verilir. Bunlar neft məhsullarının saxlanması üçün iki rezervuar parkıdır.

Biz sərgidə artıq yeddinci dəfə iştirak edirik və hər il bu tədbir daha yüksək təşkilatçılıq səviyyəsini nümayiş etdirir. Bu, şübhəsiz ki, ən genişmiqyaslı tədbirlərdən biridir və neft-qaz avadanlıqları və ən son texnologiyalarla tanış olmaq imkanı yaradır. Biz bu illər ərzində öz terminalımız üçün zəruri olan texniki xidmət sahəsində bir sıra tərəfdaşlar qazanmışıq. Sərgi bizə zəruri ehtiyat hissələri seçmək, müxtəlif texnologiyalar barədə yeni məlumatlar əldə etmək, faydalı işgüzar əlaqələr qurmaq və əlbəttə, terminalımız barədə məlumat vermək imkanı verir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN