29 iyun, Fineko/abc.az. "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) hasilat mövcud səviyyədə qalacağı təqdirdə, bu il bazarda neft qıtlığının davam edəcəyini gözləyir.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə "Bloomberg" "OPEC+"in texniki komitəsinə istinadən xəbər verir.
Məlumata görə, avqust ayında gündəlik tələb təklifi 1,7 mln. barel, ilin ikinci yarısında isə 1,9 mln. barel üstələyəcək.