Keyfiyyətli avadanlıqlara verilən nüfuzlu sertifikatlar

Keyfiyyətli avadanlıqlara verilən nüfuzlu sertifikatlar

31 may 2017 0000

Ceyms Qatt, “Pioneer Engineering” şirkətinin filial direktoru.

– Bizim şirkət neft sənayesi avadanlıqlarının servis xidməti ilə məşğuldur. Bu iş təcrübəli mütəxəssislərin cəlb olunduğu məsuliyyətli fəaliyyətdir. Bizim əsas müştərilərimiz “British Petroleum” (BP) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ / “SOCAR”).

Bu il biz “Caspian Oil & Gas” sərgisində debüt edirik. Hələ ötən il bu nüfuzlu tədbirdə iştirak etmək istəsək də, təəssüf ki, buna nail olmadıq. Biz sərgidə boru kəmərlərinin servis xidmətlərində istifadə edilən ehtiyat hissələri təqdim edirik və potensial müştərilər tapmaq niyyətindəyik.

“Pioneer engineering” şirkətinin Dubay, İraq v Malayziyada filialları fəaliyyət göstərir. Əlbəttə, beynəlxalq layihələrdə iştirak təcrübəsi müsbət tendensiyaya malikdir, peşəkarlığın artırılmasına kömək edir. Şirkət cəmi dörd ay kimi qısa vaxt ərzində bir neçə çox nüfuzlu sertifikatlara layiq görülüb və bu sertifikatlar bizim avadanlıqların keyfiyyətini sübut edir. Bu sertifikatların hamısı stendimizdə təqdim olunur.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN