Samir Əliyev, SOCAR-Dalğıc MMC-nin baş direktoru
SOCAR-Dalğıc MMC, ofşor enerji sənayesinə hava-dalğıc, Heyətsiz Sualtı Apparatları (HSA) , mühəndislik, layihələndirmə və layihənin idarə olunması xidmətlərini təqdim edən yerli podratçıdır. SOCAR-Dalğıc MMC-nin məqsədi - yerli tələblərin tez və səmərəli şəkildə cavablandırılmasını mümkün edən təşkilatı struktur vasitəsilə sifarişçi ehtiyaclarını təmin etməkdən ibarətdir. Bizim Bakı bazamız şirkətin Xəzər regionunda və xarici sularda yerinə yetirilən bütün dəniz layihələrinin idarə olunması məqsədləri üçün xüsusi olaraq inşa edilmişdir. SOCAR-Dalğıc MMC Xəzər region daxilində muasir avadanlıgla və səriştəli beynəlxalq sertifikatlarla təchiz olunmuş HSA və dalğıc heyəti ilə Azərbaycanda yeganə yerli şirkətdir. SOCAR-Dalğıc MMC-nin konsepsiyası regionda yerləşən və dünya standartlarına cavab verən sualtı-texniki xidmətlər üzrə mərkəzin yaradılması və bu mərkəzin ilkin olaraq Xəzər regioununda gələcəkdə isə beynəlxaq bazarda inkişaf etdirilməsindən ibarətdir. Biz bu yüksək standartların fəaliyyətimizin bütün sahələrində tətbiq olunması üçün əlimizdən gələni edirik
Neft və qaz sənayesi üçün sualtı tikinti xidmətlərinin aparıcı yerli təchizatçısı kimi Caspian Oil&Gas sərgisində iştirak məqsədimiz öz xidmətlərimizi və muasir texnologiyaları potensial müştərilərə nümayiş etdirməkdən ibarətdir. Sualtı xidmətlərin provayderi olan SOCAR Dalqidj MMC fəaliyyət dairəsini və müvafiq müştəri bazasını genişləndirmək prosesindədir və bu səbəbdən Caspian Oil&Gas sərgisində iştirak etmək bizim üçün cox önəmlidir