20 sentyabr - Neftçilər Günü!

20 sentyabr - Neftçilər Günü!

20 sentyabr 2020 0000

Dövlətimizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" nin imzalanmasından 26 il keçir.
Bu müqavilədən əvvəl, 1994-cü ilin mayında ilk “Xəzər Neft və Qaz” sərgisi keçirildi. O gündən bu günədək sərgi təkcə Azərbaycanın deyil, o cümlədən bütün dünya neft sənayesi mütəxəssislərinin ənənəvi görüş yerinə çevrilib.

Bu gün, 20 sentyabr Neftçilər Günü münasibətilə həm öz adımdan, həm də “Xəzər Neft və Qaz” sərgi və konfransının təşkilatçıları adından bütün neftçilərin peşə bayramını təbrik edirəm!

Böyük bir şərəfə və hörmətə layiq olan belə çətin, son dərəcə vacib bir işə göstərdiyiniz peşəkar, məsuliyyətli və fədakar yanaşmanız üçün sizə təşəkkür edirik. Gördüyünüz bütün işlər həmişə qiymətləndirilsin və göstərdiyiniz bütün səylər daim mükafatlandırılsın.
Gündəlik işlərinizdə sizə və yaxınlarınıza uğurlar, nailiyyətlər, əmin-amanlıq, xoşbəxtlik və can sağlığı arzu edirəm!

Ən xoş arzularla,

Fərid Məmmədov
"Iteca Caspian" şirkətinin icraçı direktoru


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN