ABŞ prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciəti

ABŞ prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlanmış müraciəti

4 i̇yun 2024 0000
Əziz, Cənab Prezident
Bakı Enerji Həftəsinə təkrar ev sahibliyi etdiyinizə görə bir daha məmnunluğumu ifadə etmək istəyirəm. Bu Azərbaycanın qlobal enerji landşaftında oynadığı əsaslı rolunu bir daha vurğulayır. Builki tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakı noyabr ayında çox mühüm COP29 konfransına ev sahibliyi etməyə hazırlaşır. COP29 neft və qaz sektorunda metan emissiyalarının azaldılması, təmiz enerjiyə keçidi sürətləndirmək kimi  başlıca qlobal təşəbbüsləri daha da irəliyə aparmaq üçün Azərbaycan üçün unikal imkan təmin edir. Belə ki, 1.5 dərəcə selsi temperatur artımını normada saxlamaq üçün biz kollektiv bir şəkildə bunun üçün səy göstəririk.
Azərbaycan, xüsusilə də Avropada qlobal enerji təhlükəsizliyinin mühüm bir sütunu kimi qalmağa davam etməkdədir. Xəzər qazına xeyli sayda ölkədə rast gəlinir və bu Avropa ölkələrinə enerji mənbələrini şaxələndirməyə, kömür enerjisindən sürətli bir şəkildə keçid etməyə kömək edir. Özünün enerji tarixində Azərbaycan növbəti mərhələyə doğru irəlilədiyi bir vaxtda, təmiz enerji və metanın azaldılmasına artan diqqəti və öhdəliklərinə görə dərin məmnuniyyətimi bildirmək istəyirəm. Xəzərdə nəzərəçarpacaq külək enerji potensialı Azərbaycanda gələcəkdə təmiz enerjinin ixrac payının neft və qaz ixrac potensialını üstələməsinə gətirib çıxara bilər.
Regional sabitlik və qarşılıqlı bağlantılar ABŞ üçün prioritetlərdir. On illərlə davam edən münaqişəyə son qoyan qalıcı və ləyaqətli sülh sazişi Cənubi Qafqazda böyük inkişafa səbəb olacaq və Azərbaycanın regiondakı rolunu əsaslı bir şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu ali amala dəstək vermək üçün daim hazır olduğunu ifadə edir. Sülh və əmin-amanlığın bizim rəhbər prinsiplərimiz kimi qalmasını təmin etmək bizim gələcək nəsillər qarşısındakı borcumuzdur.
ABŞ-la Azərbaycan arasında güclü qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək fürsətlərinə daim açıq olduğumuzu bildirir və COP-un uğuruna uğur qatmaq üçün gələcək aylarda əməkdaşlığa hazır olduğumuzu bir daha nəzərinizə çatdırırıq.
Bakı Enerji Həftəsinin uğurlu olacağını diləyir və ən xoş arzularımı ifadə edirəm.
 

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN