Xəzərdə iri neft-qaz layihələri çərçivəsində qazma işləri

Xəzərdə iri neft-qaz layihələri çərçivəsində qazma işləri

31 may 2023 0000

Fərid Axundov, "Caspian Drilling Company"nin (CDC, sərginin sponsoru) baş direktoru

"Xəzər Neft və Qaz" sərgisi hər il quyuların qazılması və mühəndislik xidmətlərinin göstərilməsi təcrübəsi və nailiyyətlərinin uğurlu nümayişini təmin edir, eləcə də marketinq potensialını artırmağa imkan verir.

Daha böyük uğur üçün, mənim fikrimcə, sərginin formatında dəyişikliklər edilməlidir, məsələn, Bakı Ekspo Mərkəzində mütəmadi olaraq tematik panel müzakirələri keçirmək, şirkətlərin təqdimatları ilə ətraflı tanış olmaq məqsədəuyğundur.

"CDC" 1996-cı ildən fəaliyyət göstərir, Xəzərdə iri neft-qaz layihələri çərçivəsində qazma işləri aparır (100-dən çox quyu qazılıb), müxtəlif tipli qazma qurğuları, o cümlədən Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu (YDQQ) ilə fəaliyyət göstərir.

Hazırda Heydər Əliyev adına YDQQ BP şirkətinin sifarişi ilə “Şahdəniz” yatağının yeni zonasında ultradərin (7 min metr) quyu qazır.

Bu il "Dədə Qorqud" YDQQ "Jenis" layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda ilk quyunu qazıb və gələcəkdə bu YDQQ-nin "Qarabağ" (Equinor) layihəsi üzrə işlərə və BP-nin Xəzərin Azərbaycan sektorunda həyata keçirdiyi layihəyə - Azəri-Çıraq-Günəşli yatağının dərin qaz bloku layihəsinə cəlb edilməsi istisna edilmir.

"CDC" İsrail və Türkiyə şirkətlərinin sifarişi ilə Aralıq dənizində mütəxəssislərin işini əhatə edir. Xarici tərəfdaşlardan yeni təkliflər də alırıq.

Biz yüksək keyfiyyətli xidmətlərimizə yüksək tələbatın olacağına əminik.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN