Sərginin uzunömürlü və uğurlu olmasını diləyirəm
2 i̇yun 2025
0000
Guido Lardinos
Türkiyə və Şərqi Avropa / Qərbi Asiya Bazarları üzrə Ölkə Meneceri
SSA Kimya (Türkiyə)
Əgər şirkətimizi qısa şəkildə təsvir etməli olsam, ilk növbədə təhlükəsizlik, yüksək keyfiyyət və mükəmməl xidməti qeyd edərdim. Biz idxal və distribusiya ilə yanaşı, auditlər aparmaqda və müştərilərimiz üçün optimal həll yolları tapmaqda ixtisaslaşmışıq. Fəaliyyət sahəmiz Türkiyənin bütün bölgələrini, Yunanıstanı və bir sıra MDB ölkələrini əhatə edir. Bu sərgidə təqdim etdiyimiz əsas məhsullar arasında Şri-Lankada istehsal olunan, davamlılığı, hava keçirmə qabiliyyəti və rahatlığı ilə seçilən ATG əlcəkləri xüsusilə diqqətə layiqdir. ATG şirkəti ilə əməkdaşlıq etdiyimizə görə qürur duyuruq.
Uzun illərdir əməkdaşlıq etdiyimiz digər şirkətlər arasında DuPont, zərif İtalyan dizaynı ilə seçilən Univet və yüksək keyfiyyətli tibbi maskalar təqdim edən MFA (Türkiyə) şirkəti yer alır.
Bu sərgidə ikinci dəfə iştirak edirik və Azərbaycana böyük rəğbət bəsləyirik. Bu ölkədə biznes imkanlarının geniş olduğunu və peşəkar şirkətlərin fəaliyyət göstərdiyini görürük. Burada işləmək, sərmayə yatırmaq və bazarda daha böyük uğurlar qazanmaq istəyirik. İnanırıq ki, builki iştirakımız daha səmərəli olacaq. Artıq brendimizin tanınma səviyyəsi artıb, bu səbəbdən daha çox əlaqələr qurmağı, münasibətləri gücləndirməyi və yerli bazarın əsas oyunçuları — BP və SOCAR kimi şirkətlərlə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq.
Sərginin 30 illik yubileyi münasibətilə sərginin uzunömürlü və uğurlu olmasını diləyirəm.