Ramin Həsənov, Yeni texnologiyaların inkişafı Mərkəzində biznesin dəstəklənməsi üzrə menecer
Mən qaz tənzimləyicilərinin və qaz təmizləyici şkafların istehsalı və təchizatı ilə məşğul olan Rusiya şirkətini təmsil edirəm. Bizim böyük müəssisələrimiz var.
Mən Caspian Oil & Gas sərgisinə şirkətimizin gələcəkdə işləyə biləcəyi yerli azərbaycanlı tərəfdaşları axtarmağa gəlmişəm, çünki neft və qaz sahəsi bizə çox yaxındır. Həmkarlarım və mən artıq müxtəlif şirkətlərin nümayəndələri ilə bəzi səmərəli danışıqlar aparmağı bacarmışıq. Faydalı məlumatlar aldıq, məhsullarla tanış olduq.
Məni SOCAR-ın stendi çox maraqlandırdı. Biz bu şirkətin nümayəndələri ilə fikir mübadiləsi apardıq, görüşlər təyin etdik. Silur şirkətinin stendini də ziyarət etdik. Özbəkistan və Türkiyədən olan şirkətlər maraq doğurdu.
Qeyd edim ki, bu cür sərgiləri ziyarət edərkən qonaqlardan tez – tez müsbət rəylər eşidirəm-əcnəbilər beynəlxalq tədbirlərin təşkilini yüksək qiymətləndirirlər. Əslində, bu il bir daha əmin oldum ki, sərgi ən yüksək səviyyədə təşkil olunub. Bir çox yerli və xarici şirkət, parlaq stendlər, əla iş mühiti.
Sərgilər biznesin inkişafı üçün son dərəcə vacibdir. Bu, yalnız stendlərin və avadanlıqların nümayişi deyil, ilk növbədə canlı əlaqə, rabitə, təcrübə mübadiləsidir. Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün xarici iştirakçılar və müştərilər üçün zəruri və vacibdir.