Aleksey Smulskiy, "SKF South Caucasus"şirkətinin satış üzrə mühəndisi
Təmsil etdiyim şirkət müxtəlif sənaye sahələri, o cümlədən enerji sahəsi üçün podşipniklər, möhürlər və sürtkü yağlarının istehsalı ilə məşğuldur. Bu sərgiyə olan marağımız bazarda yeni tərəfdaşların axtarışı, məhsullarımızın tətbiqi imkanları ilə əlaqəli olaraq yeni texnologiyaların və avadanlıqların araşdırılması ilə bağlıdır.
Biz Beynəlxalq səviyyədə fəaliyyət göstərən mütəşəkkil bir şirkətik və buna görə də sərgidə təmsil olunan şirkətlərin bizə olan marağı tamamilə qarşılıqlıdır. Onların arasında bizim çoxdankı tərəfdaşlarımız – SOCAR, Baku Steel Company, eləcə də dəniz seqmentində fəaliyyət göstərən ASCO, Baku Shipyard, Azenco enerji şirkəti və işgüzar əlaqələr qurmağı planlaşdırdığımız bir sıra yeni şirkətlər var.
Biz il ərzində ən çox gözlədiyimiz sərgilər olan Caspian Oil&Gas və Caspian Power sərgilərinin daimi ziyarətçiləriyik. Bu sərgilər həmişə birbaşa ünsiyyət, yeniliklərin öyrənilməsi, gələcək əməkdaşlığın qurulması üçün ilkin təmas nöqtələrinin yaradılması imkanlarını təmin edir.