Regionun aparıcı gəmiçilik operatoru

Regionun aparıcı gəmiçilik operatoru

24 may 2023 0000

Fərid Qurbanov “Caspian Marine Service B.V.” şirkətinin Azərbaycandakı filialının Baş icraçı direktoru.

Caspian Marine Services B.V. (CMS) dənizdə neft və qaz kəşfiyyatı və hasilatı sənayesinə xidmət edən dəstək gəmilərindən ibarət donanmanı idarə edir. Şirkətin əsas məqsədi Xəzəryanı bölgədə aparıcı gəmiçilik operatorlarından və gəmi idarəçilərindən biri olmaqdır.

Caspian Marine Services B.V. əsasən Xəzər dənizi regionunda fəaliyyət göstərən 25+ donanma vahidinə malikdir. Bu donanma sahib olduğu və idarə etdiyi gəmilərin birləşməsidir. Müasir, müxtəlif və texnoloji cəhətdən inkişaf etmiş gəmilərdən ibarət donanma ilə biz lövbərlərin idarə edilməsi, platforma təchizatı, sərnişinlərin və ağır yüklərin daşınması, flotel xidməti, yedəkləmə, dəniz dibi tədqiqatı və dalğıc dəstəyi kimi geniş çeşiddə dəniz fəaliyyətlərini dəstəkləyə bilən tam xidmətlər spektrini təqdim edirik.

Caspian Oil&Gas sərgisi zamanı neft-qaz layihələrində dəstək gəmilərinin idarə olunması, dibdərinləşdirmə xidmətləri, heyət təminatı xidmətləri, sərnişindaşıma və loqistika xidmətləri, gəmilərin texniki idarə edilməsi xidmətlərini CMS şirkəti olaraq mütəxəssislərə və sərgi ziyarətçilərinə təgdim edəcəyik. Caspian Marine Services B.V. regionda tanınmış şirkət olmasına baxmayaraq, biz sərginin daimi iştirakçılarıyıq. Bu sərgidə iştirak bizə öz fəaliyyətimizi nümayiş etdirməyə, təzə işgüzar əlaqələr yaratmağa və sənayemizdəki bütün yeniliklərdən xəbərdar olmağa imkan verir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN