QAZMA İŞLƏRİ ÜÇÜN İNNOVATİV KİMYƏVİ HƏLLƏR

QAZMA İŞLƏRİ ÜÇÜN İNNOVATİV KİMYƏVİ HƏLLƏR

2 i̇yun 2026 0000
BO ÇXUN, HEBEI SILICON VALLEY CHEMICAL ŞİRKƏTİNİN BEYNƏLXALQ  ŞÖBƏ MÜDİRİ
ÇİN


Hebei Silicon Valley Chemical Co., Ltd. (Çin) xüsusi kimyəvi həllər və qazma məhlulları sahəsində fəaliyyət göstərən yüksək texnologiyalı innovativ şirkətdir.

Şirkət geniş tədqiqat və patent portfelinə malikdir və sənayedə etibarlı və sabit tərəfdaş kimi tanınır.


Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri qazma məhlulları üçün texnologiyaların hazırlanmasıdır. Bunlara uzunmüddətli sürtkü maddələri və 300°C-dək temperaturlara, eləcə də mürəkkəb qeyri-üzvi duzların təsirinə davamlı özlülük azaldıcı həllər daxildir. Bu yeniliklər şirkətin öz sahəsində qabaqcıl dünya texnologiyaları səviyyəsinə yüksəlməsinə imkan verib.

Digər mühüm istiqamət ənənəvi yağ əsaslı sistemlərə alternativ kimi su əsaslı qazma məhlullarının inkişafıdır. Bu həllər qazma xərclərini azaltmağa, ekoloji təhlükəsizliyi artırmağa və istismar prosesini sadələşdirməyə kömək edir.

Yağ əsaslı sistemlərlə müqayisədə su əsaslı qazma məhlulları bir sıra üstünlüklərə malikdir: onların dəyəri  (3–5 dəfə aşağıdır), ekoloji cəhətdən təhlükəsizdir, utilizasiyası daha asandır və istismar şəraitinə yüksək uyğunlaşma qabiliyyətinə malikdir.

Eyni zamanda, onlar səmərəli qazma və mürəkkəb şəraitdə işləmək üçün tələb olunan əsas texnoloji xüsusiyyətləri qoruyub saxlayırlar.
Bu, mənim Azərbaycana ilk səfərimdir. Ölkə məndə çox xoş təəssürat yaradıb, xüsusilə təbiəti və dənizi. Həmçinin sərginin yüksək səviyyədə təşkil olunduğunu və burada rahat işgüzar atmosferin mövcud olduğunu qeyd etmək istərdim.

Ümumilikdə, sərgidə iştirak çox müsbət təəssürat yaradır. İştirakçıların fəallığı və təqdim olunan həllərə olan maraq aydın şəkildə hiss olunur.

Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN