Potensial əməkdaşlıq fürsətlərini axtarırıq
3 i̇yun 2025
0000
Nail Zəgidulin, “Transneft – Avtomatlaşdırma və Metrologiya” ASC-nin Baş Müavini
Biz Rusiyadan bu sərgidə iştirak etmək üçün gəlmişik, çünki şirkətimizin fəaliyyəti birbaşa neft-qaz sektoru ilə əlaqəlidir. Burada iştirak etməyimizin əsas məqsədi Azərbaycanın bu sahədəki inkişaf istiqamətləri ilə yaxından tanış olmaqdır. Biz faydalı məlumatlar əldə etməyi və əməkdaşlıq üçün potensial fürsətləri tapmağı gözləyirik.
Şirkətimiz uzun illərdir bu sahədə fəaliyyət göstərir və sərgi çərçivəsində yeni tərəfdaşlarla əlaqələr quracağımıza inanırıq. Artıq SOCAR nümayəndələri ilə əməkdaşlığımız mövcuddur və biz Azərbaycan bazarı ilə əlaqələrimizi genişləndirməyi planlaşdırırıq. Burada digər maraqlı tərəfdaşlar və həmkarlarla tanış olmağı, qarşılıqlı fikir mübadiləsi etməyi və birlikdə işləmək üçün perspektivli istiqamətləri müzakirə etməyi ümid edirik.
Biz əsasən daxili istifadə üçün məhsullar hazırlayırıq. Bunlara avtomatlaşdırma sistemləri, proqram təminatı və neft məhsullarının uçot qurğuları daxildir. Hal-hazırda məhsullarımızın öz müəssisələrimizdə istifadəsinə üstünlük veririk, lakin eyni zamanda onları sınaqdan keçirmək və gələcəkdə istifadəyə vermək üçün tərəfdaşlara da təklif etməyə hazırıq. Bəzi şirkətlər, o cümlədən SOCAR artıq bizim məhsullarımızı sifariş edib və onları Azərbaycanın tələblərinə uyğun olaraq sertifikatlaşdırıb. Biz sərgidə əməkdaşlıq imkanlarını və təchizat fürsətlərini müzakirə etməyi ümid edirik. Sərgi stendləri ilə yeni tanış olmağa başlamışam, amma ümid edirəm ki, faydalı əlaqələr qura biləcəyik.