Baxodirjon Sidikov, "Uzbekneftegaz" ASC-nin İdarə Heyətinin sədri
Biz 28-ci beynəlxalq "Xəzər Neft və Qaz" sərgisində iştirak etməkdən məmnunuq, çünki dövlətlərimiz arasında münasibətlər getdikcə inkişaf edir.
Qeyd edim ki, Azərbaycan nümayəndələri də ənənəvi olaraq bizim ixtisaslaşdırılmış sərgi və konfranslarımızda iştirak edirlər.
Bu yaxınlarda ARDNŞ-nin rəhbəri Rövşən Nəcəf Daşkənddə əməkdaşlığın müxtəlif sahələri üzrə danışıqlar aparıb və bu həftə Bakıda dialoqumuzu davam etdirəcəyik.
Biz əməkdaşlığın 5 istiqaməti nəzərdə tuturuq. Buraya Özbəkistanın şimalındakı yataqlarda ARDNŞ-nin işləri; Azərbaycanda üç yatağın mənimsənilməsində "Uzbekneftegaz"ın iştirakı; Özbəkistanın neft-kimya kompleksinin məhsullarının dünya bazarlarında satışı üçün "SOCAR Trading" və "Uzbekneftegaz" ASC BM-nin yaradılması; özbəkistanlı mütəxəssislərin ixtisaslarının artırılması, habelə Özbəkistanda, xüsusən də Özbəkistanın Buxara şəhərində neft emalı zavodlarının modernləşdirilməsi üçün Azərbaycan yanacaq və enerji kompleksi nümayəndələrinin biliklərindən istifadə daxildir.
Biz ARDNŞ-ni xidmət müqavilələrində, eləcə də Özbəkistan ərazisində yanacaq və enerji kompleksində müxtəlif növ işlərin operatoru qismində iştirak etməyə dəvət edirik.
Əlaqələrimizin inkişafı Özbəkistan və Azərbaycanın ticari-iqtisadi əməkdaşlığına yeni təkan verə bilər və biz hər iki dövlətin rifahı naminə bu prosesə hər cür kömək etməkdə maraqlıyıq.