Müvafiq tərəfdaşlarla əlaqə qurmağı səbirsizliklə gözləyirəm

Müvafiq tərəfdaşlarla əlaqə qurmağı səbirsizliklə gözləyirəm

2 i̇yun 2025 0000
İmran Ul Haq, Satış Meneceri, Tenaris (İtaliya)

Kaspi regionunda biz həm milli neft şirkətlərinə, həm də beynəlxalq operatorlara OCTG boruları, magistral xətlər üçün borular və onlarla bağlı xidmətlər təklif edirik. Qazaxıstanın Aktau şəhərində yerləşən müəssisəmizdə borular və texniki avadanlıqlar üzrə reysbağlama (threading) işləri həyata keçirilir.
Azərbaycanda daha əvvəl bir sıra iri layihələr üçün məhsullarımızı təqdim etmişik. Məsələn, Abşeron yatağının birinci mərhələsində tələb olunan bütün borular İtaliyadakı Tenaris Dalmine zavodumuz tərəfindən təmin olunub. Qazaxıstanda isə NCOC-nin mürəkkəb texniki tələblərə malik layihələri üçün, o cümlədən, turş mühitə yüksək davamlılıq tələb edən 1BCME layihəsi üçün xüsusi məhsullar tədarük etmişik. Qaradənizdə isə Türkiyə Neft Şirkətinin Sakarya yatağının inkişafı üzrə 1-ci və 2-ci fazaları çərçivəsində One Line xidmət modelimiz vasitəsilə məhsullar təqdim etmişik.
Bu sərgidə 2018-ci ildən bəri iştirak edirik. Şəxsən mən bu tədbirdə ikinci dəfə iştirak edirəm və Kaspi regionunda boru satışları üzrə məsuliyyət daşıdığım müddətdə bu sərgi mənim üçün mühüm görüş nöqtəsinə çevrilib. Bu tədbir bizə əsas müştərilərimizlə səmimi  mühitdə ünsiyyət qurmaq, keçmiş əməkdaşlığı dəyərləndirmək və gələcək imkanları müzakirə etmək imkanı yaradır.
Sərgilər şəbəkələşmə üçün ən münasib vaxt və mühitlərdən biridir. Bu tədbirdə və onun gələcək buraxılışlarında əsas tərəfdaşlarımız və sektorun mühüm iştirakçıları ilə əlaqələrimizi daha da möhkəmləndirməyi hədəfləyirik. SOCAR, BP, TOTAL və Türkiyə Neft Şirkətinin burada təmsil olunmasından məmnunuq və onları stendimizdə qarşılamağı səbirsizliklə gözləyirik. Ümid edirik ki, növbəti illərdə bu sərgidə daha çox regional şirkət iştirak edəcək.

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN