Ixtisaslaşdırılmış sərgilərin sayı nə qədər çox olsa yaxşıdır!

Ixtisaslaşdırılmış sərgilərin sayı nə qədər çox olsa yaxşıdır!

7 i̇yun 2024 0000

İlhamə Aslanova, boru kəmərləri üzrə mühəndis-mexanik, ENCOTEC

Mən "Xəzər Neft və Qaz"beynəlxalq sərgisində tez-tez iştirak edirəm. Bu il sərgidə çox sayda eksponatın olması məni sevindirir. Burada yalnız sıx əməkdaşlıq etdiyimiz şirkətlər deyil, həm də məhsulları ilə tanış olmaqdan məmnun qaldığımız şirkətlər təmsil olunur. "Xəzər Neft və Qaz"-da alternativ enerji şirkətləri də təmsil olunur, məsələn, Masdar Yaxın Şərqdə bərpa olunan enerji mənbələrinin əsas inkişaf etdiricilərindən biridir.

Mənim karyeramda elə bir dövr olub ki, mən Sokardalgidj-də biznes-developer (biznes qurucusu) xidmətləri göstərmişəm və sərgilərdə iştirak etmişəm. Bu geniş təcrübə daha sonra Layihə İdarəetmə sertifikatını əldə etməkdə mənim üçün faydalı oldu.

Deyə bilərəm ki, sərginin təşkili nöqteyi-nəzərindən məsuliyyət daha böyükdür: burada texniki problemlər də yarana bilər, hər bir ziyarətçiyə bu barədə məlumat vermək lazımdır. Özünüz bir ziyarətçi rolunda olduğunuzda isə, mümkün qədər çox məlumat almaq və öz şirkətinizə gətirmək istəyirsiniz.

İnanıram ki, ixtisaslaşdırılmış sərgilərin sayı nə qədər çox olsa yaxşıdır. Çünki burada bir çox yeni şirkət iştirak edir, artıq tanınmışlar isə nou-hau ilə çıxış edirlər. Zamanın təsiri özünü büruzə verir, hər hansı bir modifikasiyanın olduğunu göstərir və şirkət xidmətlərinin dairəsini genişləndirə bilir.



                                                                                   Xəbərlərin sponsoru
                                                                                 

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN