İteca brendi hər yerdə yüksək səviyyəli təşkilatçılıq zəmanətidir

İteca brendi hər yerdə yüksək səviyyəli təşkilatçılıq zəmanətidir

4 i̇yun 2025 0000
Raygül Bektəliyeva,
“Caspian Allied International” şirkətinin baş direktoru


Şirkətimiz neft-qaz sənayesi üçün boru materialları və fitinqlərin istehsalı ilə məşğuldur. Hazırda İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanında ümumilikdə 15 zavodumuz fəaliyyət göstərir. "Caspian Oil&Gas" sərgisində iştirak etməyimizin məqsədi isə məhsullarımıza olan tələbatı öyrənmək və Azərbaycan bazarını araşdırmaqdır.

Sərgi çərçivəsində SOCAR, BP və digər yerli və xarici şirkətlərlə bir sıra vacib görüşlər keçirdik. İstehsal etdiyimiz məhsulların keyfiyyəti, çatdırılma müddəti və qiymət siyasəti bir çox iştirakçıların marağına səbəb oldu. Bizi potensial tərəfdaşlar üçün cəlbedici edən əsas üstünlüklərdən biri isə odur ki, biz istehsalçı şirkətik, vasitəçi və ya distribyutor deyilik.

Sərgi məndə çox güclü təəssürat yaratdı. Tədbirin 30 illik yubileyi onun regional və sahəvi əhəmiyyətini bir daha təsdiqləyir. Qeyd etmək istəyirəm ki, mən İteca şirkətinin təşkil etdiyi Almatıda keçirilən neft və qaz sərgisində dəfələrlə iştirak etmişəm və hər yerdə yüksək səviyyəli təşkilatçılıq, məhsuldar nəticələr, iri sənaye şirkətləri və təşkilatlarının rəhbərləri ilə faydalı görüşlər, eləcə də geniş işgüzar əlaqələr müşahidə olunur.

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN