İsrail yeni texnoloji biliklər təklif edir

İsrail yeni texnoloji biliklər təklif edir

31 may 2023 0000

Hezzi Polyak (Hezzy Pollyack), İsrailin "Magal Solutions" şirkətinin regional satış direktoru

Şirkətimiz ilk dəfə deyil ki, "Xəzər Neft və Qaz" beynəlxalq sərgisində iştirak edir.

Strateji baxımdan İsrail və Azərbaycan xüsusilə son dövrlərdə yeni ticarət-iqtisadi əlaqələrə nail olub, bu gün isə biz bu əməkdaşlığı real əməli işlərlə gücləndiririk.

İsrail yeni texnoloji biliklər və həllər təklif edə bilər, Azərbaycan isə regional liderdir və onlarla maraqlanır.

Bu yaxınlarda şirkətimiz fəaliyyətinin əhatə dairəsini genişləndirdiyindən rebrendinq etdi.

Biz təkcə strateji obyektlərin təhlükəsizliyi (əsas fəaliyyət növü) məsələləri ilə məşğul olmuruq, indi təklif etdiyimiz həllər infrastruktur işlərinin, logistika proseslərinin və daxili təhlükəsizliyin optimallaşdırılması ilə əlaqədardır.

Bunun üçün müştərilərə yalnız təhlükəsizlik risklərini azaltmağa deyil, həm də fəaliyyətin səmərəliliyini artırmağa imkan verən xüsusi proqram - "Komanda Nəzarəti" proqramını işləyib hazırladıq.

Yaşıl tendensiyaları izləyirik, xüsusən də işlədiyimiz və ya xidmət göstərdiyimiz obyektlərdə günəş enerjisindən istifadə edirik.

Biz Azərbaycanda 20 ildir ki, işləyirik, iki ay bundan əvvəl burada törəmə müəssisəmiz olan "Magal Azerbaijan"ı açmışıq və əminik ki, xidmətlərimizə tələbat olacaq.

Sərgi bizim üçün vacibdir, çünki müştərilərimizin əhatə dairəsini genişləndirməyə kömək edə bilər.

Həm ənənəvi, həm də potensial tərəfdaşlarla görüşlərimiz gözlənilir.

Biz uğur qazanmağı hədəfləyirik.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN