Hədəfimiz Azərbaycan bazarıdır

Hədəfimiz Azərbaycan bazarıdır

3 i̇yun 2025 0000
Engyun Ma, Ziyarətçi, Jereh şirkətinin müştəri meneceri

Bizim şirkətimiz, Çin mənşəli Jereh Group, neft və qaz avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşıb. Məhsul çeşidimizə qazma qurğuları, özünü qaldıran qurğular, yığım və qaldırma sistemləri, həmçinin neft və qaz istehsalı üçün qurğular və kompleks qurğular daxildir.

Biz bu sərgiyə əlaqələr qurmaq və əməkdaşlıq edə biləcəyimiz potensial tərəfdaşlarla tanış olmaq məqsədilə gəldik. Bizim məqsədimiz yalnız Azərbaycan bazarına çıxış əldə etmək deyil, eyni zamanda digər ölkələrlə əməkdaşlığımızı inkişaf etdirməkdir. Lakin ilkin olaraq diqqətimiz Azərbaycan üzərindədir, çünki burada hələ ki, kiçik bir komandamız fəaliyyət göstərir və bu regionda biznesimizi inkişaf etdirmək istəyirik.

Əvvəllər biz Azərbaycanda avadanlıq satırdıq, lakin ümumilikdə şirkətimiz müxtəlif regionlarda fəaliyyət göstərir. Biz Mərkəzi Asiya üzrə fəaliyyət göstəririk və artıq Azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq təcrübəmiz var. Bu sərgidə yeni müştərilər tapmağı və müştəri bazamızı genişləndirməyi ümid edirik. Hələlik bir neçə stendlə ilkin əlaqə qurmuşuq, lakin açıq deyim ki, ziyarətçi sayı az idi və qarşılıqlı ünsiyyət hələlik məhdud qalıb. Biz gələcəkdə daha çox görüşlər və uğurlu danışıqlar keçirməyi planlaşdırırıq.

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN