HAMMELMANN AVADANLIQLARI SƏNAYEDƏ SƏMƏRƏLİLİYİ ARTIRIR

HAMMELMANN AVADANLIQLARI SƏNAYEDƏ SƏMƏRƏLİLİYİ ARTIRIR

2 i̇yun 2026 0000
Emin Həsənli, “Fleetstock” şirkətinin baş direktoru

Mən Azərbaycanda fəaliyyət göstərən “Fleetstock” şirkətinin baş direktoruyam. Şirkətimiz Almaniyanın məşhur “Hammelmann” brendinin Azərbaycandakı rəsmi distribütorudur. “Hammelmann” 1949-cu ildən fəaliyyət göstərir və yüksək təzyiqli su nasoslarının, eləcə də onların aksesuarlarının istehsalı üzrə ixtisaslaşıb. Şirkət 500 bardan 6000 bara qədər təzyiqlə çalışan nasoslar istehsal edir. Bu avadanlıqlar neft-qaz sənayesində, metallurgiyada, yol tikintisində, quyuların təmizlənməsində, su ilə kəsmə işlərində və digər sahələrdə geniş istifadə olunur. Hammelmann brendi də dünya səviyyəsində keçirilən ən nüfuzlu sərgilərin daimi iştirakçılarından biridir. Bu marka bütün dünyada tanınır və məhsulları müxtəlif ölkələrdə uğurla istifadə olunur. Hammelmann öz sahəsində ən keyfiyyətli və etibarlı brendlərdən biri hesab edilir.

Bu sərgidə biz “Hammelmann” markasının 144 model avadanlığını təqdim edirik. Bu avadanlıq yaxın zamanda Azərbaycana idxal olunub. Qurğu Volvo mühərriki və 3000 bar təzyiqlə çalışan yüksək təzyiqli su nasosu ilə təchiz edilmiş mobil sistemdir. O, xüsusilə neft-qaz sektorunda istifadə üçün nəzərdə tutulub. Bu yaxınlarda avadanlığımız Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan planlı təmir işləri zamanı tətbiq olunub. Zavodun dayandırıldığı müddətdə kirəcləşmiş və tutulmuş boruların təmizlənməsi üçün istifadə edilən qurğu 10 gün ərzində fasiləsiz, 24 saat işləyərək böyük həcmdə iş yerinə yetirib və qarşıya qoyulan tapşırıqları vaxtında icra edib. Bu avadanlığın əsas üstünlüyü onun mobil olmasıdır. Qurğunun öz mühərriki var və istənilən şəraitdə – dağlıq ərazilərdə, quyuların yanında, müxtəlif sənaye obyektlərində və yol infrastrukturu üzərində istifadə oluna bilir. O, həmçinin yol nişanlanmalarının və xəttlərinin silinməsi üçün tətbiq edilir. Komplektə yüksək təzyiqli tapança və müxtəlif işlər üçün nəzərdə tutulmuş çoxsaylı aksessuarlar daxildir. Avadanlığın gücü 160 kVt təşkil edir. Bir çox obyektlərdə bu həcmdə elektrik enerjisi təmin etmək mümkün olmadığından, qurğunun mobil və müstəqil işləməsi onu elektrik təchizatından asılı vəziyyətə salmır və istənilən yerdə istifadəyə imkan yaradır.

“Fleetstock” şirkəti artıq 27 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Biz bir sıra beynəlxalq brendlərin ölkəmizdəki distribütoruyuq və uzun illərdir ki, Almaniyada istehsal olunan “Hammelmann” brendini də Azərbaycanda təmsil edirik.

Şirkətimiz demək olar ki, hər il bu beynəlxalq sərgilərdə iştirak edir. Sonuncu dəfə ötən il iştirak etmişik. Hesab edirəm ki, rəqəmsal texnologiyaların sürətli inkişafına baxmayaraq, sərgilər bu gün də öz aktuallığını qoruyub saxlayır. Əvvəlki illərlə müqayisədə onların effekti müəyyən qədər dəyişsə də, sərgilər biznes əlaqələrinin qurulması üçün mühüm platforma olaraq qalır. Adi şəraitdə yüzlərlə şirkəti bir araya toplayaraq avadanlıqların təqdimatını keçirmək mümkün deyil. Sərgilər isə bu imkanı yaradır. Burada həm müştərilər, həm təchizatçılar, həm də istehsalçılar bir araya gəlir, yeni əməkdaşlıqlar qurulur və texnologiyalar nümayiş etdirilir. Qısa müddətdə çoxsaylı görüşlər keçirmək və potensial tərəfdaşlarla birbaşa ünsiyyət qurmaq mümkün olur. Bu baxımdan sərgilər hələ də effektivliyini və əhəmiyyətini qoruyub saxlayır. Bu ilki sərgidən gözləntilərimiz böyükdür. İnanırıq ki, Azərbaycana idxal etdiyimiz avadanlıqların satışını həyata keçirə, yeni müştərilər qazana və xüsusilə neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığımızı genişləndirə biləcəyik. Əminik ki, təqdim etdiyimiz texnologiyaların üstünlüklərini yaxından görən mütəxəssislər onların istehsalat prosesləri üçün nə qədər faydalı olduğunu daha aydın şəkildə qiymətləndirəcəklər.

Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN