Gündəlikdə - Telekommunikasiya
31 may 2023
0000
Samir Elyazov, Azərbaycanın “Sigma Technical Services” şirkətinin nümayəndəsi
Xidmət şirkətimiz 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərir, və bu tədbirin səmərəliliyinə əmin olduğundan ikinci dəfədir ki, “Xəzər dənizinin neft və qazı” beynəlxalq sərgisində iştirak edir.
İxtisasımız telekommunikasiyadır (rabitə sistemlərinə texniki xidmət, təhlükəsizlik sistemləri və s). Şirkətimiz Səngəçaldakı bp terminalına, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyat təminatı sistemlərinə və qazma platformalarına xidmət göstərir.
Şirkətimiz Azərbaycanda müvafiq kadrlar hazırlayır. Təlimlərimizdən keçən əməkdaşların hazırlıq səviyyəsi onlara beynəlxalq neft şirkətlərində işləməyə imkan verir.
Şirkətimiz Azərbaycan-Fransa Ticarət Palatasının üzvüdür, həmçinin Azərbaycanın karbohidrogen layihələrində təmsil olunan Total şirkəti ilə də tərəfdaşlıq edir.
Biz boru kəmərləri, çənlər, təhlükəsizlik sistemləri üçün avtomatlaşdırılmış ölçmə cihazlarının Avropanın ən böyük istehsalçısı olan İsveçrənin Endress+Hauser şirkətinin rəsmi distribyutoru olduq və bu məhsullarla SOCAR-ın və onun neft-qaz sənayesi üzrə tərəfdaşlarının tenderlərində iştirak edirik.
Endress+Hauser-dən olan cihazlar qida sənayesində də böyük tələb ilə qarşılanır.
“Sigma Technical Services” şirkəti kənd təsərrüfatı sektorunda tələb olunan 3D printerdə dronların yaradılmasını mövzusuna da hakim olub.
Sərgidə iştirak ənənəvi və yeni tərəfdaşlarla canlı ünsiyyətə, texnoloji yeniliklərlə tanışlığa zəmanət verir.
Mən istərdim ki, gələcəkdə daha çox Azərbaycan şirkəti belə sərgilərdə “özünü göstərmək” imkanına malik olsun, yəni kiçik və orta yerli şirkətlərin təqdimatı üçün əlavə imkanlara ehtiyac var.