“Düşünürəm ki, sərgi bizim üçün uğurlu keçdi”

“Düşünürəm ki, sərgi bizim üçün uğurlu keçdi”

7 i̇yun 2024 0000

Aleksandr Qarq, “Mokveld” şirkətinin Mərkəzi Avropa üzrə satış direktoru

Niderlandın “Mokveld” şirkəti neft-qaz sənayesi üçün siyirməli armatur istehsalçısıdır. Avropanın ən köklü şirkətlərindən biri olaraq 100 ildən artıqdır ki, dünyanın karbohidrogen bazarlarına xüsusi avadanlıqlar tədarük edirik. Təkliflərə qoruyucu sistemlər üçün klapanlar, tənzimləyici armaturlar, sualtı klapanlar və s. daxildir.

“Caspian Oil&Gas” sərgisində biz yerli iqlimi, təbiəti və relyef şəraitini nəzərə almaqla Azərbaycanda neft-qaz hasilatı üçün uyğunlaşdırılmış avadanlıqları təqdim edirik. Biz 20 ilə yaxındır ki, bu bazarda iştirak edirik və məhsullarımız burada yaxşı tanınır. “Mokveld” şirkətinin istehsal etdiyi siyirməli klapanlar unikal, etibarlı, yüksək keyfiyyətli və uzunömürlüdür.

Biz bir çox sərgilərdə iştirak edirik. Hesab edirik ki, hər bir sərginin effekti əldə olunan nəticələrə görə qiymətləndirilməlidir. Əvvəllər şirkət nümayəndələrimiz bir neçə dəfə Bakıda keçirilən sərgilərdə olublar. Bu il öz stendimizlə iştirak etmək qərarına gəldik. Mahiyyət etibarı ilə, sərgi potensial müştərilərin və biznes tərəfdaşlarının bir araya gəldiyi, qarşılıqlı anlaşmalar əldə etdiyi və yeni əlaqələr qurduğu çoxşaxəli netvorkinq tədbiridir. Düşünürəm ki, sərgi bizim üçün uğurlu keçdi. Mövcud əlaqələr möhkəmləndirildi, yeni əlaqələr isə müzakirə olundu. Konkret nəticələri isə daha sonra təhlil edəcəyik.



                                                                                    Xəbər sponsoru
                                                                              

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN