"Caspian Oil&Gas" sərgisində illərin qazandırdığı təcrübə
4 i̇yun 2025
0000
Elmir Ağalarov,
SOCAR Analitika şöbəsinin müavini
"Caspian Oil&Gas" sərgisi Azərbaycanın ən böyük neft-qaz şirkəti olan SOCAR üçün əsas ixtisaslaşmış platformadır. Şirkət illərdir bu sərgini aktiv şəkildə dəstəkləyir, sponsoru kimi çıxış edir və burada geniş pavilyonu, xarici nümayəndəliklərinin stendləri ilə iştirak edir.
Sərgi, həmişə yeni istehsalçılarla tanış olmaq, innovasiyalar haqqında məlumat almaq və yeni işgüzar əlaqələr qurmaq üçün imkan yaradan bir məkandır. "Caspian Oil&Gas" sərgisi hər zaman dinamik şəkildə inkişaf edir.
Uzun illərdir bu sərgəni izləyirəm və onun vasitəsilə dünya üzrə aparıcı neft-qaz şirkətlərilə yanaşı, bu sektorda formalaşmaq və inkişaf etmək istəyən kiçik və orta müəssisələrin də uğurlu iştirakı müşahidə olunur.
Xüsusilə qeyd etmək istərdim ki, Caspian Oil&Gas ilə eyni vaxtda təşkil olunan "TransCaspian" logistika sərgisinin birgə keçirilməsi olduqca faydalıdır. Bu birləşmə – neft-qaz, energetika və logistika sektorlarının qarşılıqlı əlaqəsi baxımından düzgün və strateji bir addımdır.
"Caspian Oil&Gas" sərgisinin 30 illik yubileyi münasibətilə təşkilatçıları və iştirakçıları təbrik etmək istərdim. Sürətlə dəyişən müasir dünyada 30 il ərzində aktuallığını qoruyub saxlamaq böyük nailiyyət və sərginin əhəmiyyətinin göstəricisidir.
Bu sərgi ölkəmizin və iqtisadi potensialımızın dünyaya təqdim olunması baxımından ən güclü platformalardan biridir. Azərbaycanın və bütün regionun inkişafına töhfə verən bu uğurlu layihəyə yeni-yeni nailiyyətlər arzulayıram.