Burada çoxlu sayda təchizatçı cəmləşib

Burada çoxlu sayda təchizatçı cəmləşib

7 i̇yun 2024 0000
Nərgiz Babazadə, SOFCON GROUP-un satınalmalar üzrə mütəxəssisi 

Mən təchizat zəncirinin idarə edilməsi və satınalma xidmətləri sahəsində qlobal oyunçu olan “Sofcon Group”u təmsil edirəm. Şirkət 2017-ci ildə Çexiyada təsis edilib, daha sonra Azərbaycan, Gürcüstan, Türkiyə və Çində yerləşən filialları sayəsində beynəlxalq təmsilçiliyini genişləndirib. Bu, bizə təchizatçıların və müştərilərin qlobal şəbəkəsini inkişaf etdirməyə, onlara geniş çeşiddə məhsullara və xidmətlərə sadələşdirilmiş çıxış təklif etməyə imkan verdi.

“Sofcon Group” geniş çeşiddə sənaye ehtiyat hissələri, mühərriklər, turbinlər, filtrlər, kabellər və s. təqdim edir. Xidmətlərimiz dənizçilik, metallurgiya, telekommunikasiya, neft və qaz daxil olmaqla müxtəlif sənaye sahələrini əhatə edir.
Mən hər il “Xəzər Neft və Qaz” sərgisini ziyarət edirəm. Bu sərgi müştərilərimizin ehtiyac duyduğu çoxlu sayda təchizatçını eyni məkanda cəmləşdirib. Gələcəkdə əməkdaşlıq edəcəyimiz şirkətlərlə artıq görüşmüşük. Bunlar Bakı Gəmiqayırma Zavodu, ən böyük neft-servis şirkəti olan “Schlumberger”, SOCAR-ın bəzi törəmə şirkətləri, həmçinin “Ural Steel” metallurgiya kombinatı və “Tagil Steel” ticarət və istehsal müəssisəsi.
“Xəzər Neft və Qaz” sayəsində biz vendor bazamızı genişləndiririk və xidmətlərimizi təklif edə biləcəyimiz müştərilər tapmağa çalışırıq.


                                                                                   Xəbərlərin sponsoru
                                                                                 

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN