Biz Tərəfdaşlığa böyük önəm veririk
4 i̇yun 2025
0000
Nərmin Cəfərova
TP Engineering şirkətinin əməliyyatlar üzrə rəhbəri
Şirkətimiz neft emalı və neft-kimya sənayesi üçün kompleks mühəndislik xidmətləri təqdim edir. Təklif etdiyimiz xidmətlərə əsaslı təmir, iri həcmli tikinti işləri, texniki nəzarət, supervayzinq, layihə idarəçiliyi və obyektlərin yenidən qurulması daxildir. 2014-cü ildə Bakıda Avropa mühəndislik şirkətinin filialı kimi fəaliyyətə başlamışıq və sonradan fəaliyyət sahəmizi beynəlxalq bazarlara qədər genişləndirmişik. Hazırda layihələrimizin əksəriyyəti Rusiya və Avropa ölkələrində həyata keçirilir.
Bu gün isə biz beynəlxalq təcrübəmiz və müasir sahə biliklərimizlə Azərbaycan bazarına qayıdırıq. Bu regionun ən böyük sərgisində iştirak etmək bizim üçün potensialımızı nümayiş etdirmək, topladığımız bilikləri bölüşmək və yeni biznes əlaqələri qurmaq baxımından mühüm fürsətdir. Biz sərgidə tərəfdaşlarımızla birlikdə vahid stend altında iştirak edirik ki, bu da açıq və əməkdaşlığa əsaslanan mövqeyimizi bir daha göstərir.
Sabah üçün bir sıra B2B görüşlərimiz nəzərdə tutulub. Bu görüşlərə SOCAR nümayəndələri, Çin şirkətləri və Dövlət Gömrük Komitəsi də daxil olmaqla müxtəlif dövlət qurumları ilə danışıqlar daxildir.
Yubiley sərgisinin bir hissəsi olmaqdan məmnunuq. Sərgiyə gələcəkdə də inkişaf, qonaqların rəğbəti və yeni layihələrə, tərəfdaşlıqlara yol açmasını arzu edirik.