Biz bu bazarı tərk etmirik!
3 i̇yun 2026
0000
Daniel Huk, VERMEER CENTRAL ASIA (BƏƏ) şirkətinin idarəedici direktoru
Sərgidə Vermeer Central Asia və Distenco şirkətləri tərəfindən birgə stend təşkil olunub. Vermeer Central Asia ABŞ istehsalı olan Vermeer texnikasının rəsmi və eksklüziv distribyutoru, Distenco isə Azərbaycan ərazisində bu brendin dileridir.
Bizim fəaliyyətimiz üç əsas istiqaməti əhatə edir. Birincisi, kommunikasiya xətlərinin və boru kəmərlərinin çəkilişi üçün texnologiyaların hazırlanmasıdır. İkinci istiqamət sənaye və relyef tullantılarının, eləcə də məişət və istehsal tullantılarının emalı üçün avadanlıqlarla bağlıdır. Üçüncü sahə isə mədənçilik sektorudur; burada biz ənənəvi partlayış üsullarına alternativ kimi kömür frez kombaynlarını təqdim edirik.
Şirkətimiz uzun müddətdir MDB bazarında fəaliyyət göstərir, Distenco ilə əməkdaşlığımız isə nisbətən yeni başlayıb. Bu sərgidə iştirakımızın əsas məqsədi brendin tanınmasını artırmaq, mövcud və yeni müştərilərlə əlaqələri gücləndirmək, həmçinin bazarda özümüzü daha geniş şəkildə təqdim etməkdir.
Dünən sərginin ən aktiv günü idi, bu gün isə nisbətən daha sakit keçə bilər. Lakin komandamızda belə bir yanaşma var ki, kəmiyyət deyil, keyfiyyət daha önəmlidir. Artıq məhsulumuza maraq göstərən və əlaqə məlumatlarını təqdim edən iki ciddi potensial müştərimiz var. Onlardan ən azı biri real əməkdaşlığa çevrilərsə, nəticədən tam razı qalacağam.
Ümumilikdə Bakıda olmaq və bu sərgidə iştirak etmək çox xoş təcrübədir. Biz hər şeyi, ilk növbədə, əlaqələrin keyfiyyəti və əldə olunan nəticələr əsasında qiymətləndiririk.
Gələn il də bu sərgidə iştirak ehtimalımız var. Bir şeyi isə qətiyyətlə demək olar: biz bu bazarı tərk etmirik!