Bakı Enerji Həftəsinin təşkilatçılığı möhtəşəmdir!
3 i̇yun 2026
0000
ABZAL ALPISBAYEV, S&P Global şirkətinin kəşfiyyat və hasilat üzrə aparıcı analitiki (Upstream Intelligence) (Qazaxıstan)
Mən Qazaxıstandan gəlmişəm, S&P Global şirkətində Upstream Intelligence (kəşfiyyat və hasilat) istiqaməti üzrə aparıcı analitik vəzifəsində çalışıram. Azərbaycana, Xəzər Neft və Qaz sərgisinə ilk dəfədir gəlirəm. Həm Bakı şəhəri, həm də Bakı Enerji Həftəsinin təşkilatçılığı insanda çox güclü təəssürat yaradır. Deyərdim ki, bu, nəinki postsovet məkanında, bəlkə də bütün Avropada ən güclü enerji forumlarından biridir. İlk növbədə, burada böyük şirkətlərin iştirakı sevindirir, ikincisi isə ekspo mərkəzin layiqli potensialı və ümumi təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Azərbaycanda və Qazaxıstanda fəaliyyət göstərən aparıcı bazar iştirakçıları burada geniş təmsil olunublar.
Biz özümüz bp və SOCAR kimi beynəlxalq şirkətlərlə, eləcə də bir sıra yerli şirkətlərlə əməkdaşlıq edirik. Onların layihələri və təqdimatları olduqca genişmiqyaslı və iddialı görünür.
Həmçinin TotalEnergies və Türkiye Petrolleri kimi şirkətlərin iştirakını xüsusilə qeyd etmək istərdim — bunlar sərgidəki bütün sahə gündəliyinə yüksək səviyyə qazandıran iri beynəlxalq oyunçulardır.