Andrey Moçalov
Texniki direktor
ASTRON MMC
Biz Həştərxan şəhərindənik. Şirkətimiz Astron adlanır. Quyularda partlayış əleyhinə avadanlıqların icarəsi, onlara xidmət göstərilməsi və təmiri ilə məşğuluq. Bu sərgiyə gəlməyimizin məqsədi sərgi ilə, burada təmsil olunan şirkətlərlə tanış olmaq və bəlkə də biznesimizi inkişaf etdirə biləcəyimiz potensial tərəfdaşlar tapmaqdır. Bu, bizim bu sərgiyə və Azərbaycana ilk səfərimizdir. Sərgi bizə yaxın olduğu üçün əlçatanlığı ilə maraqlı oldu. Burada çoxlu yerli və xarici şirkətlər var ki, biz onları öz məhsullarımızla maraqlandıra bildik. Ümid edirik ki, sərgidə aparılan danışıqlar yaxın vaxtlarda öz nəticəsini verəcək.