24 may tarixində “Hilton Baku” mehmanxanasında Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Iteca Caspian” şirkətinin İcraçı direktoru cənab Fərid Məmmədov; Azərbaycan Respublikası Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri cənab Cahid Mikayılov; SOCAR-ın Elm, texnika və nanotexnologiyalar Departamentinin rəisi cənab Nazim Vəliyev; Layihə rəhbərləri Xanım Nailə Əliyeva və Xanım Aynurə Nəzərli iştirak ediblər.