"Ural Polad" Azərbaycan bazarına can atır

"Ural Polad" Azərbaycan bazarına can atır

1 İyun 2023 0000

Dmitri Simankov, "Ural Polad" ASC-nin boruların satışı üzrə direktoru:

Vahid metallurgiya holdinqi "Ural Polad" iki əsas sahəni təmsil edir: böyük diametrli boruların istehsalı ilə məşğul olan "Zaqorsk boru zavodu" ASC və yastı prokatların, tökmə məmulatların, iri ölçülü tökmə məhsulların və çuqunların aparıcı istehsalçılarından biri olan, Rusiya bazarının körpü poladının lideri "Ural Polad" zavodunun özü. Əslində, holdinqimiz kifayət qədər geniş çeşiddə metal məhsullar istehsal edir.

Biz Azərbaycan bazarında nisbətən yaxın vaxtlardan iştirak edir, bu bazarı çox perspektivli hesab edirik. Bir neçə ildir ki, dəfələrlə boru məhsulları ilə bazarınıza daxil olmağa çalışmışıq, hər zaman uğurlu olmasa da biz dayanmırıq və burada işimizi inkişaf etdirmək niyyətindəyik. "Caspian Oil & Gas" sərgisində iştirak bu məqsədlə bağlıdır. Özümüzü, müəssisələrimizi tanıtmalıyıq. Tarixən bütün Rusiya metallurqları bu sərgidə iştirak edirlər, bu gün burada rəqiblərimizi görə bilərsiniz ki, biz onlardan geri qalmamalıyıq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN