Sualtı mühəndislik və tikinti sahəsində peşəkar xidmətlər

Sualtı mühəndislik və tikinti sahəsində peşəkar xidmətlər

1 i̇yun 2023 0000
Amine Zaari, Subsea7 şirkətinin biznesin inkişafı üzrə meneceri:

Subsea7 dünyanın bir çox ölkəsində fəaliyyət göstərən qlobal enerji şirkətidir. Biz sualtı mühəndislik və tikinti sahəsində yüksək keyfiyyətli xidmətlər təqdim edirik. Subsea7 Azərbaycanda ölkənin aparıcı neft-qaz layihələrinin operatoru olan BP-nin podratçısıdır, yəni iqtisadiyyatın bu sektorunun inkişafına mühüm töhfə verir.

Gələcəkdə biz Azərbaycanda uzun illər işləyəcəyimizə ümid edirik, çünki ölkəniz hazırda Subsea7 üçün mühüm bazar hesab olunur. Ona görə də biz “Xəzər Neft və Qaz” sərgisində iştirak etməkdən böyük məmnunluq duyuruq. Bu, bütün region üzrə aktuallığını itirməyən əlamətdar hadisədir. Sərginin ən yüksək səviyyədə təşkil olunduğunu vurğulamaq istərdim. Bu, səmərəli ünsiyyətə və yeni qarşılıqlı faydalı əlaqələrin qurulmasına töhfə verir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN