SOCAR SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-ni alıb

SOCAR SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-ni alıb

31 may 2024 0000

30 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.
 
                                                                                   Xəbərlərin sponsoru
                                                                                 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN