“Sərgilər biznesin inkişafı baxımından 100% əhəmiyyət kəsb edir”

“Sərgilər biznesin inkişafı baxımından 100% əhəmiyyət kəsb edir”

5 i̇yun 2024 0000

2006-cı ildə əsası qoyulmuş TOMAX şirkəti özəl və kiçik Norveç şirkətidir. Biz quyuların avtomatlaşdırılması qazma qurğusu sahəsində dünya lideriyik. Təqdim etdiyimiz qurğu baş ofisimizin yerləşdiyi Norveçdə istehsal olunur. Şirkət Şimali Amerikada da uğurla fəaliyyət göstərir, lakin biz burada şirkətin Böyük Britaniya və Yaxın Şərq filiallarını təmsil edirik. İldə 2000-ə yaxın qurğunu işə salırıq. İşə salmaq dedikdə quyunun hər bölməsi üçün bir alətin işə salınması nəzərdə tutulur. Yaxın Şərqdə biz ildə 200-ə yaxın alət işə salırıq. Bura gəlməyimizdə məqsəd Xəzər regionunda dünya səviyyəsində aparıcı texnologiyamız üçün bazarın əlçatan olub-olmadığını müəyyən etməkdir.

Təqdim etdiyimiz qurğu tam avtonom, tam mexaniki, özü tənzimlənən və istifadəsi asan olduğundan biz qazma meydançasına mühəndis göndərmirik. Biz sadəcə qurğunu göndəririk və heç bir ehtiyat alətə ehtiyac qalmır, çünki göndərdiyimiz qurğu çox etibarlıdır və çox nadir hallarda qırılır. Son 5 ildə Yaxın Şərqdə heç bir qurğumuz qırılmayıb.

Xəzər Neft və Qaz sərgisində ilk dəfədir iştirak edirik. Bu tədbirdə iştirak etmək ideyasını regional menecer olaraq mən irəli sürdüm. Böyük Britaniyada, Avropada, Yaxın Şərqdə olduğu kimi indi də Xəzər regionunda şirkətin profilini yüksəltmək istəyirik. Mən 2003-2007-ci illər arasında 4 il burada işləmişəm. Biz kiçik şirkət olduğumuzdan hər zaman, hər yerdə təmsil oluna bilmərik, buna görə də onlarla şirkəti bir məkanda toplayan bu sərgi bazarı araşdırmaq üçün yaxşı fürsətdir. Sərgi çərçivəsində təkcə insanlar məhsulumuz haqqında öyrənmək üçün stendimizə yaxınlaşmır, mən və həmkarım Karl operatorları, müxtəlif şirkətləri, potensial yerli tərəfdaşları, yəni agentləri ziyarət edirik. Bizim ümumi modelimiz ondan ibarətdir ki, biz daha sonra alətlərimizi idxal etməyə və onları operatorlar üçün işə salmağa kömək edəcək bir agentlə əməkdaşlıq etmək istəyirik. Bu cür sərgilər biznesin inkişafına kömək edir: biz hər il Əbu-Dabidə keçirilən ADIPEC sərgisində, ABŞ-da təşkil edilən böyük nümayişlərdə, Səudiyyə Ərəbistanında keçirilən IPTC sərgisində iştirak edirik. Bu il Türkiyədə keçirilən sərgidə uğurla iştirak etdik, indi də buradayıq. Beləliklə, sərgilər biznesin inkişafı baxımından 100% əhəmiyyət kəsb edir. Biz bu tədbirdə iştirakımızdan maksimum faydalanaraq məqsədlərimizə çatmaq istəyirik. Məqsəd bazarda rəqibi olmayan məhsulumuzu nümayiş etdirmək, yeni münasibətlər və əlaqələr qurmaqdır. Tədbirin ilk günü olmasına baxmayaraq, artıq bir neçə potensial təklifimiz var. Biz tövsiyə etməzdən əvvəl müştərinin məlumatlarına əsaslanaraq hazırlaşa və “Microsoft Teams” vasitəsilə məhsullarımızı təqdim edə bilərik.

Anson Bartlett

Regional menecer


                                                                                   Xəbərlərin sponsoru
                                                                                 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN