Sərgi sayəsində müştəri bazamızı genişləndirməyə nail olduq!

Sərgi sayəsində müştəri bazamızı genişləndirməyə nail olduq!

6 i̇yun 2024 0000

Rəşad Şəkərov, “AMEC Group” şirkətinin icraçı direktoru

2014-cü ildə əsası qoyulmuş və Azərbaycanda yeganə dəniz mühəndis-konsaltinq və tikinti şirkəti olan AMEC Xəzər dənizinin akvatoriyasında (Aktau-Azərbaycan, Türkmənistan-Azərbaycan marşrutları üzrə) dəniz və tikinti xidmətləri təklif edir.

Biz müxtəlif regionlarda yoxlama, zəmanət və mühəndislik xidmətləri göstəririk. Hazırda əhatə dairəmiz katerinq (restoranlar) və logistika (dəniz və avtomobil yolu) şirkətləri sayəsində genişlənib.

AMEC şirkəti ikinci dəfədir ki, Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində iştirak edir. Ötən il bu tədbir sayəsində müştəri bazamızı yeni şirkətlərlə zənginləşdirməyə və sərfəli müqavilələr imzalamağa nail olduq.

Prezident İlham Əliyev bildirib ki, ölkədə logistikanın və infrastrukturun inkişafı prioritet məsələ olmalıdır. Biz də bu istiqamətdə çalışırıq. Buna misal olaraq, hər il Bakıda keçirdiyimiz Qara dəniz-Xəzər logistika forumunu göstərmək olar. Ötən il foruma 25 ölkədən 200-dən çox iştirakçı cəlb edə bildik.

Bundan əlavə, AMEC innovativ texnologiyaların tətbiqi üzərində çalışır. Bu baxımdan, biz gələcəyin enerjisi hesab edilən “yaşıl enerji”yə keçid istiqamətində ötən ildən etibarən uğurla işləməyə başlamışıq. Məsələn, gəmiləri modifikasiya etməyi təklif edirik. Başqa sözlə, dizellə çalışan daxili yanma mühərriklərinə quraşdırdığımız avadanlıqlar sayəsində CO2 emissiyalarını 80% azaltmağa nail oluruq. Bundan əlavə, bu texnologiya yanacaq sərfiyyatını 25%-dək azaltmağa imkan verir. Layihəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tərəfindən təqdim olunub.

Bu il “Xəzər Neft və Qaz” sərgisində iştirak etməklə biz yeni texnologiyalarla məşğul olan və bizə dünyada hansı yeniliklərin olduğunu nümayiş etdirə biləcək şirkətlər tapmaq istəyirdik. Bu sahənin nəhəngləri İngiltərə və Niderlanddır. Təəssüf ki, iştirakçılar arasında bu ölkələrin təmsilçiləri yoxdur. Mən sözügedən ölkələri də bu platformada görmək istərdim, çünki onlar Azərbaycanda yeni texnologiyaların inkişafına kömək edə bilər. Məsələ burasındadır ki, bizim bütün gəmi parkımız köhnəlib, ona görə də onun modernləşdirilməsi zəruridir.

Bunu nəzərə alaraq, AMEC şirkəti Azərbaycan bazarına yeni tərəfdaşlar cəlb etməyə çalışacaq.

İxtisaslaşmış sərgilərin keçirilməsi çox zəruridir. Belə sərgilər sayəsində bir çox xarici şirkətlər ölkə haqqında öyrənmək və burada biznes tərəfdaşları tapmaq üçün Azərbaycana gəlir. Ölkə-ölkə gəzmək imkanı olmayan kiçik şirkətlər isə bu cür tədbirlər sayəsində genişlənir. Şadam ki, ərəb ölkələrini təmsil edən 3 şirkət artıq bizimlə əməkdaşlıq etmək arzusunu ifadə edib.




                                                                                   Xəbərlərin sponsoru
                                                                                 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN