Qaz-turbin avadanlığı sahəsində həllər

Qaz-turbin avadanlığı sahəsində həllər

6 i̇yun 2024 0000

Şirkətimiz enerji, neft-qaz və sənaye bazarları üçün qaz-turbin avadanlıqları sahəsində həllər təklif edir. İstanbulda yerləşən şirkətimiz müstəsna mühəndislik və logistika həlləri təklif edərək turbomaşın dəstəyini yenidən müəyyənləşdiririk. Söhbət, ilk növbədə, biznes ehtiyaclarınıza uyğun profilaktik xidmət planlarından gedir.

Biz həmçinin qaz turbinlərinin demontajını, quraşdırılmasını və yenidən istismara verilməsini, müxtəlif markalara planlı texniki xidmətin göstərilməsini, profilaktik və düzəldici texniki xidməti, nasazlıqların aşkarlanmasını və aradan qaldırılmasını təmin edirik.

“Caspian Power” sərgisində üçüncü dəfədir iştirak edirik. Biz mütəmadi olaraq başqa ölkələrdə təşkil edilən sərgilərdə də iştirak edirik. Məqsədimiz potensial müştərilərlə əlaqələr qurmaq, onlarla görüşmək və danışıqlar aparmaqdır. Təbii ki, sərgi planlarımızı reallaşdırmaq və bir çox problemləri həll etmək baxımından ən yaxşı platformadır.

Azərbaycanda təşkil edilən sərgilərdə iştirak bizim ölkədə biznesimizin inkişafına müsbət təsir göstərir. Hazırda bizim müştərilərimiz var, onlarla əlaqə saxlayır və gələcək tərəfdaşlıq üçün danışıqlar aparırıq. Ümid edirik ki, faydalı əlaqələrin sayı çox olacaq. Hesab edirəm ki, Azərbaycanda neft sektorunun inkişafı üçün xüsusilə hökumətin dəstəyi ilə belə sərgilərin keçirilməsi çox vacib və zəruridir.

Məhəmməd Azat Can, “Mega Global Energy” şirkətinin biznesin inkişafı üzrə meneceri

                                                                                   Xəbərlərin sponsoru
                                                                                 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN