Andrea Bellani, İtaliyanın "Tenaris" şirkətinin boru kəməri xidməti seqmentində regional satış meneceri (Xəzər, Qara dəniz):
Şirkətimiz dördüncü dəfədir ki, Bakıda keçirilən "Xəzər Neft və Qaz" beynəlxalq sərgisində iştirak edir, burada bir sıra neft-qaz şirkətləri ilə tərəfdaşlıq əlaqələrimiz var və düşünürük ki, yeni tərəfdaşlıqlar da yarana bilər.
Biz Azərbaycanda, Qazaxıstanda və Türkiyədə fəaliyyət göstəririk.
Azərbaycanda neft və qazın nəqli üçün lazım olan boruların və əlaqədar materialların tədarükü üçün tenderlərdə iştirak edirik.
Bizim ARDNŞ ("Ümid-Babək" layihəsi), "SOCAR AQS", Fransanın "Total" ("Abşeron" Xəzər layihəsi üzrə), İtaliyanın "Saipem" şirkəti ilə müqavilələrimiz olub.
Biz ARDNŞ-nin "Bulla-dəniz" layihəsinin, "Abşeron" (operator "Total") layihəsinin ikinci fazasının, "Qarabağ" (Operator "Equinor") layihəsinin icrasına kömək etmək istərdik və müvafiq danışıqlarda maraqlıyıq.
Sərgidə iştirak vacibdir, çünki bölgədəki əsas iştirakçılarla görüşləri təmin edir, yeni əlaqələrin qurulmasına kömək edir.
28-ci "Xəzər Neft və Qaz" sərgisinin təşkilindən razıyıq. Təklifimiz işgüzar əlaqələr sahəsini optimallaşdırmaq, genişləndirmək və yerli müştərilərlə görüşlər və söhbətlər üçün daha çox imkanların yaradılmasıdır.