“Növbəti il yenidən iştirak etməyi səbirsizliklə gözləyirik”

“Növbəti il yenidən iştirak etməyi səbirsizliklə gözləyirik”

5 i̇yun 2024 0000

AIQ şirkəti süni intellekti (AI) IQ ilə, yəni insanlarla bir araya gətirir. Biz enerji sənayesi üçün süni intellekt qururuq. Biz işimizi 3 amil üzərində qururuq ki, bunlardan birincisi keyfiyyətli məlumatlardır. Əbu Dabi Milli Neft Şirkətinin (Abu Dhabi National Oil Company, ADNOC) bir hissəsi kimi çoxlu məlumat əldə edirik. İkincisi, “Group 42” şirkətindən əldə etdiyimiz infrastrukturdur. Üçüncüsü isə insanlar, yəni məlumat analitikləri, proqram mühəndisləri, bizə real mühiti təqlid etmək üçün düzgün həllər və son dərəcə dəqiq modullar qurmağı anlamağa kömək edə biləcək bu sahə üzrə ekspertlərdir. Beləliklə, biz hazırda enerji sənayesinin bütün dəyər zənciri boyunca müxtəlif AI həlləri təqdim edirik.

Bu həlləri yaratmaq üçün 3,5 il vaxt sərf etdikdən sonra hazırda məqsədimiz onları beynəlxalq bazara çıxarmaqdır ki, bu sərgidə iştirak etməyimiz də bununla bağlıdır. Xəzər Neft və Qaz Sərgisi 30 ilə yaxındır ki, təşkil edilir və həmişə gündəmdə olub. Biz bu tədbiri məhsullarımızı və həllərimizi SOCAR kimi yerli şirkətlərə təqdim etmək üçün ADNOC və “Masdar” şirkətləri ilə işləmək üçün fürsət kimi baxırıq. Bu, yerli şirkətlərə məhsullarımızın üstünlüklərindən faydalanmaq imkanı verəcək. Sərginin yalnız birinci günü olmasına baxmayaraq, şirkərimizə qarşı böyük marağın olduğunu müşahidə edirik. Dövlət başçısının sərgidə iştirakı ilə əlaqədar bu səhər o qədər də məşğul deyildik, lakin günortadan sonra işimiz artdı. Tədbirdə müxtəlif kateqoriyalardan olan şəxslər iştirak edir. Məsələn, bu gün ARAMCO şirkətinin baş vitse-prezidenti ilə görüşmək imkanım oldu. Onlar bu səhər stendimizə yaxınlaşdılar və artıq qurduğumuz geniş çeşiddə həlləri maraqla qarşıladılar. Əslində, biz potensial olaraq bəzi təkliflər üzərində onlarla işləməyə başlayırıq. Təbii ki, bu tədbir digər sərgi iştirakçıları ilə qarşılıqlı əlaqə qurmaq baxımından əlverişli məkandır. Biz burada iştirak edən bir sıra şirkətlərlə tərəfdaşlıq qura bilərik. Sonra biz onların proqram təminatına klapanlar kimi avadanlığa elektron nəzarət etməyə imkan verən AI qatını tətbiq edə bilərik. Beləliklə, biz burada yerli tərəfdaşlar axtarırıq, bu sərgi isə bir çox şirkətlə əlaqə qura biləcəyimiz məkandır. Gələn il də bu sərgiyə gələcəyimizə zəmanət verə bilərəm. Bu il burada qızıl sponsor kimi iştirak edirik. Məqsəd artıq davam edən müzakirələr vasitəsilə Azərbaycanda əlaqələri möhkəmləndirmək və inkişaf etməkdir. Biz bu sərginin qalan günlərini və növbəti il geri qayıtmağı səbirsizliklə gözləyirik.

Kris Kuper

Baş icraçı direktor


                                                                                   Xəbərlərin sponsoru
                                                                                 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN