“Kolin Construction” şirkəti: qlobal iqtisadiyyata töhfə

“Kolin Construction” şirkəti: qlobal iqtisadiyyata töhfə

6 i̇yun 2024 0000

Baş ofisi Ankarada yerləşən şirkət qlobal nəhənglər arasında Türkiyənin dünya lideri brendi kimi seçilir. 50 illik təcrübəyə malik şirkətimiz Türkiyə inşaat sənayesinin regionda etibarlı sütunu hesab olunur. “Kolin Construction” Liviyadan Azərbaycana və Uqandaya qədər irimiqyaslı nəqliyyat və investisiya layihələrini həyata keçirməklə qlobal iqtisadiyyata töhfə verir. Şirkətin Azərbaycan, Liviya, Oman, Polşa, Əlcəzair, Səudiyyə Ərəbistanı və Küveytdə xarici ofisləri fəaliyyət göstərir. Eyni zamanda, yüksək sürətli gəmilərdə iş təcrübəsi bizim üçün çox vacibdir.

Azərbaycanda 20 illik təcrübə, eləcə də “Kolin” şirkətinin tikinti fəaliyyəti çərçivəsində icra edilən çoxsaylı sənaye enerji layihələri sayəsində biz bir daha əmin olduq ki, bərpa olunan enerji və enerji təhlükəsizliyinə həsr olunmuş bir çox layihələrdə iştirak etmək istəyirik.

Bu gün “Xəzər Neft və Qaz” sərgisində biz öz təcrübəmizi bölüşürük. Bundan əlavə, Bakı Enerji Həftəsi zamanı, eləcə də forumda və birbaşa sərgidə bir çox planları həyata keçirmək, bir çox ekspertlər, yerli və beynəlxalq şirkətlərin nümayəndələri ilə danışıqlar aparmaq imkanımız oldu. Bildiyiniz kimi, bu il qlobal COP-29 konfransı Azərbaycanda keçiriləcək. Bu, sözügedən sahənin inkişafı baxımından çox mühüm addımdır.

Biz Azərbaycanda keçirilən və bir çox yüksək səviyyəli sərgini özündə birləşdirən Bakı Enerji Həftəsinin nə dərəcədə strateji əhəmiyyətli hadisə olduğunu bilirik. Sərginin iki günü ərzində biz axtardığımızı artıq tapa bilmişik. Üçüncü günün də eyni dərəcədə uğurlu olacağına ümid edirik.

Barış Altıparmak, “Kolin” şirkətinin baş direktoru


                                                                                   Xəbərlərin sponsoru
                                                                                 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN