İstənilən mürəkkəbliyə malik örtükləri olan böyük diametrli borular

İstənilən mürəkkəbliyə malik örtükləri olan böyük diametrli borular

6 i̇yun 2024 0000

Burada “Ural Steel” ilə birləşmiş Zaqorsk Boru Zavodu əsasında yaradılmış metallurgiya şirkətini təmsil edirik. Hazırda şirkətimizə iki böyük metallurgiya müəssisəsi daxildir. Dünyadakı ümumi iqtisadi vəziyyəti nəzərə alsaq, Rusiya hazırda daha çox Şərqə və Asiyaya üz tutub. Biz daha çox MDB ölkələri ilə işləyirik.

“Caspian Power” sərgisində biz əsasən istənilən mürəkkəbliyə malik örtükləri olan böyük diametrli boru məhsullarını nümayiş etdiririk. Bura 508-1422 diametrli borular daxildir. Zavodumuz həmçinin elektrik qaynaqlı və son dərəcə böyük diametrli polad borular istehsal edir. İstehsal prosesində biz öz poladımızdan, eləcə də digər Rusiya zavodlarında istehsal edilən məhsullardan istifadə edirik.

Biz mütəmadi olaraq sərgilərdə iştirak edirik. Bu cür tədbirlər müxtəlif ölkələrdən olan tərəfdaşlar arasında kommunikasiya baxımından çox faydalıdır. Biz bir neçə ildir ki, SOCAR şirkəti ilə əməkdaşlıq edirik. Əməkdaşlığı daha da gücləndirmək üçün danışıqları davam etdirmək niyyətindəyik. Düşünürəm ki, sərgilər bəzən hətta gözlənilməz olan tanışlıqlar baxımından vacibdir. Sovet dövründə Zaqorsk adlanan və vaxtilə hərbi hissənin yerləşdiyi Sergiyev Posadı xatırlayıram, Belə ki, insanlar tez-tez sərgilərdə bizə yaxınlaşıb “biz sovet dövründə Zaqorskda xidmət etmişik” deyirlər. Belə tanışlıqlar gələcək ünsiyyətə, bəlkə də əməkdaşlığa səbəb olur. Ona görə də hesab edirəm ki, sərgilər canlı təmas qurmağa kömək edir, çünki əks halda biz sadəcə olaraq özümüzü bir-birindən təcrid edirik.

Onu da əlavə edim ki, gələn il də bu sərgidə iştirak etməyi planlaşdırırıq.

Darya Lipinskaya, “Ural Steel”in Yanacaq Və Enerji Satışı Şöbəsinin müdiri

                                                                                  Xəbərlərin sponsoru
                                                                                 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN