Enerji innovasiyasını idarə edirik

Enerji innovasiyasını idarə edirik

24 may 2023 0000

Mariya Yunda, Baş Direktor, "AZE & TUM"

SLB, balanslı planet üçün enerji innovasiyalarını təşviq edən qlobal texnologiya və neft və qaz şirkətidir. Biz neft-qaz sənayesində innovasiyalar, rəqəmsal texnologiyaların genişmiqyaslı tətbiqi, sənaye sahələrinin karbonsuzlaşdırılması, həmçinin enerjiyə keçidi sürətləndirən yeni enerji sistemlərinin işlənib hazırlanması və miqyasının artırılması üzərində işləyirik.

"SLB"də 4 strateji sahədə balanslı planet üçün enerji innovasiyasını tətbiq edirik.

· Karbonsuzlaşdırma sənayesi-emissiyaları izləyən, azaldan və tutan texnologiyalarla karbonsuzlaşdırma yollarının yaradılması.

· Rəqəmsal texnologiyaların genişmiqyaslı tətbiqi - məlumatları və insanları ən son rəqəmsal texnologiyalara birləşdirərək daha səmərəli qərarlar

· Neft və qaz hasilatının miqyasının artırılmasında yeniliklər-neft və qaz sənayesinin fəaliyyətini əməliyyatları optimallaşdıran və karbondan təmizləyən həllər ilə dəyişdirmək.

· Yeni enerji sistemləri-aşağı karbonlu enerji sistemlərinə qlobal keçidin sürətlənməsi.

Həllərimizə aşağıdakılar daxildir:

"SLB"nin Bütün Mərhələlərdə Emissiya Həlləri (SEES) müştərilərin biznesinə uyğunlaşdırılmış emissiyaların azaldılmasına hərtərəfli, əsaslı və çevik yanaşmanı təklif edir. SEES əməliyyatların metan emissiyalarını və məşəldə yandırma proseslərini tez və sərfəli şəkildə ölçməyə, izləməyə, hesabat verməyə və aradan qaldırmağa kömək edir.

"SLB INNOVATION FACTORI" - müştərilərimiz konsepsiyaları iş səmərəliliyini artırmaq üçün məlumatlardan maksimum dəyər əldə edən rəqəmsal həllərə çevirə bilərlər.

SLB-nin Azərbaycan sənayesinin inkişafına verdiyi töhfəni nümayiş etdirməyə, aşağı karbonlu enerji sistemlərinin inkişafına dair baxışımızı nümayiş etdirməyə çalışırıq. Əsas neft və qaz sənayesi karbonun azaldılmasına ən böyük təsir göstərə biləcəyimiz ən böyük inkişaf faktorumuzdur.

Sənayemiz, o cümlədən Azərbaycan qlobal enerji keçidində mühüm rol oynayır. Sənaye lideri olaraq, "SLB" enerji keçidini dəstəkləmək üçün texnoloji irəliləyişlərə və yeniliklər üzrə öhdəlik daşıyır.

Enerji həftəsi neft-qaz sənayesinin inkişafı, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinin artırılması ilə bağlı çağırışları və aktual problemləri müzakirə etmək üçün əla platformadır.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN