“Dövlət bu sərgiyə çox böyük dəstək verir”

“Dövlət bu sərgiyə çox böyük dəstək verir”

5 i̇yun 2024 0000

“Linzhou Fengbao Pipe Industry” şirkəti Çində tikişsiz polad boruların ən böyük istehsalçıları sırasında ilk 5-likdə yer alır. Biz dəmir istehsalından polad istehsalına, yayma üsulu ilə boruların hazırlanması və emalına qədər bütün prosesi həyata keçiririk. İlk dəfədir ki, bu sərgidə stendlə təmsil olunuruq. Biz Azərbaycan bazarına böyük maraq göstəririk və ötən il yerli alıcı ilə əməkdaşlığa başlamışıq. Bu sərgidə biz özümüzü daha çox müştəriyə təqdim etmək və son istifadəçilərlə tanış olmaq istəyirik. İlk gündə Azərbaycanın Prezidenti və dövlət qurumlarının nümayəndələri sərgini ziyarət etdilər. Onlar həm bu sərgiyə böyük dəstək verir, həm də bizə çox kömək edirlər. Azərbaycan Prezidentinin bəzi sərgi iştirakçılarının stendləri ilə tanış olması biz də çox sevindirir. Bu, sərgiyə göstərilən yüksək marağın göstəricisidir və tədbirə gələn ziyarətçilərinin səviyyəsinə müsbət təsir göstərir.

Sərginin ilk günü olmasına baxmayaraq, artıq potensial müştərilərlə məhsuldar danışıqlarımız və görüşlərimiz olub. Stendimizlə çoxlu müştərinin tanış olduğunu görə bilərsiniz. Sərgidə uğur qazanmaq üçün bu çox vacibdir. Onların arasında ticarət şirkətləri, logistik şirkətləri, həmçinin artıq müqavilə bağladığımız SOCAR kimi neft şirkətləri var. Məqsədlərimizdən biri yerli müştərilərimizlə əlaqələri genişləndirməkdir. Sözügedən sərgi bu baxımdan çox faydalıdır. Ümid edirik ki, bu gün burada olmağımız bizə daha çox müqavilələr qazandıracaq. Məqsədlərimizə çatmaqda bu sərginin roluna gəlincə, Azərbaycanda müştərilərimizin əhatə dairəsini genişləndirmək məqsədilə burada stendlə təmsil olunuruq. Bu tədbir bizə qarşıdakı illərdə bunu həyata keçirmək üçün möhkəm təməl qoymağa kömək edə bilər.

Flora, Çjen Siaoçjen

Satış meneceri
 
                                                                                   Xəbərlərin sponsoru
                                                                                 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN