“Caspian Oil&Gas” sərgisi netvorkinq üçün layiqli platformadır

“Caspian Oil&Gas” sərgisi netvorkinq üçün layiqli platformadır

6 i̇yun 2024 0000

Mən ABŞ-ın NOV şirkətinin Atırau şəhərində yerləşən Qazaxıstanın filialını təmsil edirəm.

Şirkətimizin 150-dən çox yaşı var. Baş qərargahı Texas ştatının Hyuston şəhərində yerləşir. Biz dünyanın 66 ölkəsində təmsil olunuruq. Azərbaycanda bizim “NOV Azərbaycan” adlı bölməmiz fəaliyyət göstərir. Bu illər ərzində şirkətimizdə 200-ə yaxın işçi çalışıb. Biz Böyük Britaniyanın BP, Azərbaycanın SOCAR və digər yerli şirkətlərlə əməkdaşlıq edirik.

Hər il “Caspian Oil&Gas” sərgisi çərçivəsində biz öz avadanlıqlarımızı nümayiş etdiririk. Bu il biz neft hasilatı prosesində quyuların qazılması üçün istifadə edilən qazma baltalarını təqdim edirik. Biz həmçinin boru birləşdiriciləri istehsal edirik. Şirkətimiz həm də qazma qurğuları ilə tanınır, habelə quyuların işlənməsi üçün lazımi avadanlıqlara və texnologiyaya malikdir.

Sərgidə özümüzü tanıtmaq, insanlarla tanış olmaq, avadanlıqlarımızı təqdim etmək, xidmətlərimizi təklif etmək və ən son texnologiyalar haqqında məlumat almaq məqsədilə iştirak etdik. Potensial müştərilər və tərəfdaşlarla əlaqələr qurmaq, təcrübə və fikir mübadiləsi aparmaq vacibdir. Sərgidə hər il iştirak etməyimiz onun inkişafımıza və peşəkar məqsədlərə çatmağımıza müsbət təsir etdiyini bir daha təsdiqləyir.

Növbəti il də fəal iştirak etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu cür sərgilər netvorkinq platforması kimi çox vacibdir. İnsanlar canlı ünsiyyət qurur, əlaqə saxlayır və bunun sayəsində bizneslərini inkişaf etdirir və təkmilləşirlər. Canlı əlaqə həmişə ən yaxşı ünsiyyət vasitəsi olub və olacaq. Ona görə də belə sərgilərin təşkili zəruridir.
Naran Menkeyev, NOV şirkətinin biznesin inkişafı üzrə analitiki


                                                                                   Xəbərlərin sponsoru
                                                                                 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN