Əziz Rzayev, Integrated Drilling şirkətinin mütəxəssisi
Xəzər Neft və Qaz sərgisində ilk dəfədir ki, iştirak edirəm. Sərgidə çoxsaylı innovativ texnologiyalar görmək mümkündür ki, bu da məni sevindirməyə bilməz. Belə sərgilərdə iştirakı vacib hesab edirəm, çünki ölkəmizin bütün texnoloji inkişafı məhz burada nümayiş etdirilir. Sərgidə yalnız yaşlı nəslin deyil, həm də gənclərin təmsil olunmasından çox məmnunam.
Sərginin pavilyonlarında çoxsaylı iştirakçı və qonaq var, amma tədbir mükəmməl təşkil edildiyindən izdiham yaranır, insanlar bir-birilərinə mane olmurlar.
Mən neft-qaz, təchizat sahəsində çalışıram və burada olmaqdan çox məmnunam. Çoxlu potensial tərəfdaşlar tapmışam. Mənim ixtisasıma bir neçə şirkətin layihələrində ehtiyac var və mən gələn il onlardan biri ilə buraya iştirakçı qismində gəlməyi çox istərdim.