Tsin Çju, satış meneceri, Zhangjiagang CIMC sanctum cryogenic equipment CO., LTD
Çin istehsal şirkətini təmsil edirəm. Bizim işimiz əsasən neft-qaz sənayesi ilə bağlıdır. Şirkətin məhsulları qazın saxlanılması üzrə ixtisaslaşmışdır. "Caspian Oil&Gas" sərgisində məhsullarımıza böyük maraq göstərən bir çox potensial müştərilərlə tanış oldum.
Qeyd edim ki, bu tədbirin təşkili sözün əsl mənasında fantastik səviyyədədir! Bütün ziyarətçilərə münasibəti çox bəyəndim. Öz ölkəmə qayıdarkən mütləq rəhbərliyimizə sərgi barədə məlumat verəcəyəm və ümid edirəm ki, gələn il bura öz stendimizlə gələcəyik.