Səidə Əhmədbəyova, Azərbaycan Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutu
Mən Azərbaycanda neft-qaz sərgisinin daimi ziyarətçisiyəm, məni hər il buraya dəvət edirlər. Bu il sərgi bütün gözləntilərimi aşdı! Əlbəttə ki, təşkilatçılara belə möhtəşəm yüksək səviyyəli tədbirə görə təşəkkür etmək istəyirəm.
Burada müxtəlif müasir innovativ məhsullar təklif edən bir çox fərqli şirkətlə tanış oldum. Mən neft sektorunda işlədiyim üçün əsasən neft şirkətləri ilə maraqlanıram.
Mən infraqırmızı spektroskopiya ilə məşğulam və məni sevindirən odur ki, sərgidə işimlə bağlı geniş çeşidli cihazlar tapa bildim. Ziyarətçilərin sayı da sevindiricidir: keçən ilə nisbətən daha çoxdur. Ümid edirəm ki, növbəti sərgiyə də gələ biləcəyəm.