Rufan Yusifov, məsləhətçi mühəndis Technip Energies:
"Technip" şirkəti 2004-cü ildən Azərbaycanda layihələrlə məşğuldur. Biz uzun illər "Şahdəniz" və "Azərkimya" layihələrində işləmişik, 2021-ci ildən isə "Technip Energies" kimi tanınırıq və bu gün neft emalı zavodu daxil olmaqla, mühüm layihələrdə iştirakımızı davam etdiririk. Həmçinin Azərbaycan İnvestisiya Şirkəti ilə memorandumlar imzalanıb və layihələrdən biri çərçivəsində Sumqayıtda plastiklə zəngin məişət tullantılarından "yaşıl qaz" əldə etmək üçün zavodun tikintisi nəzərdə tutulur.
Həmçinin platformalarda quraşdırılmış qaz turbinlərini əvəz edə bilməsi üçün dənizdə elektrik enerjisi istehsal edən külək turbinlərinin quraşdırılmasının konseptual dizaynı ilə də məşğuluq. Bu, yanacağın yanması nəticəsində atmosferə atılan karbon dioksidin miqdarını azaltmaq üçün həyata keçirilir. Əksər hallarda biz bu cür layihələrlə məşğul oluruq. "Technip Energies"in başqa bir istiqaməti konsaltinqdir. Şirkətimiz böyük təcrübəyə malikdir və bu gün enerji keçidi məsələlərinin həllində aparıcı mühəndislik və texnologiya şirkətidir.
"Caspian Oil & Gas" sərgisində təqdimatımızın məqsədini Azərbaycanda "Technip Energies"in tanınmasını artırmaq arzusu adlandırmaq olar - bunun üçün biz öz layihələrimiz, planlarımız və strateji hədəflərimiz barədə ziyarətçiləri kütləvi şəkildə məlumatlandırırıq, eyni zamanda müştəri bazamızı genişləndiririk.