Azərbaycanda qeyri-neft sektorunun ən böyük istehsalçısı

Azərbaycanda qeyri-neft sektorunun ən böyük istehsalçısı

6 i̇yun 2024 0000

STP şirkətlər qrupu regionda sənaye məhsulları istehsal edən iri texnologiya parklarından biridir. Qrupa 7 müəssisə daxildir ki, onlar da öz növbəsində 12 zavod və 30-dan çox istehsal sahəsini əhatə edir və burada 2000-ə yaxın işçi çalışır. STP müəssisələrində istehsal olunan məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, eləcə də Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır.

STP ilk dəfə olaraq Almaniyanın Verden və Köln şəhərlərinə mexaniki emal detalları və metal konstruksiya məhsulları ixrac edib. Biz Azərbaycanda qeyri-neft sektorunun ən böyük istehsalçısıyıq.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində təmsil olunan STP POLIMER, SOCAR STP və STP GLOBAL CABLE müəssisələri STP şirkətlər qrupuna daxildir. Polimer məmulatları, neft və qaz boruları (diametri 800, 1000, 1200 mm olan boruların yeganə istehsalçısı), bu borular üçün komplekt fitinqləri STP POLIMER tərəfindən təqdim edilib. SOCAR STP zavodlarında kranlar, qüllələr, flanslar, separatorlar, yüksək təzyiqli qablar, həmçinin digər metal konstruksiyaları və metal emalı məmulatları istehsal olunur.

STP GLOBAL CABLE şirkətinə gəlincə, onların üç zavodu var: kabel (müxtəlif diametrli, ölçülü və materiallardan hazırlanan kabellər), elektrik avadanlıqları (elektrik panelləri və generatorlar) və isti sinkləmə zavodu.

STP-nin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, müəssisələrimizdə hərtərəfli xidmətin göstərilməsindədir. Şirkətin istehsal potensialı o qədər yüksəkdir ki, regionda demək olar ki, heç bir alternativi yoxdur.

Şadam ki, bu sərgidə biz artıq bir çox şirkətlə danışıqlara başlamışıq. Sərgi zamanı müxtəlif şirkətlərlə əməkdaşlıq qurulub.

Sərgi, mənim fikrimcə, insanların stendlərə baxa, onlar haqqında ətraflı məlumat ala, əlaqələr qura, ilkin razılaşmalar əldə edə biləcəyi platformadır. Qeyd etmək istərdim ki, bu cür ixtisaslaşmış tədbirlər burada təmsil olunan şirkətlərin biznesinin həyata keçirilməsinə və inkişafına öz töhfəsini verir.

Nazim İsgəndərov, STP-nin Biznesin İnkişafı Qrupunun direktoru

                                                                                  Xəbərlərin sponsoru
                                                                                 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN